
Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
Reallığı qəbul etsələr, bölgədə qala bilərlər
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
Ermənistan Laçın ermənilərinə söz verib
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
Əgər ermənilər “o sizin üçün ölüb, bizim üçün diridir” təsəllisi ilə yaşayırlarsa, “status”un yanına gedə bilərlər
81 128 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Xəbər verildiyi kmi Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan gəmilərlə Bakıya növbəti silah-hərbi sursat partiyasının gətirilməsinə dair görüntüləri yayıb. Görüntülərə əsasən gəmilərdən çoxsaylı raket konteynerləri boşaldılır. Nazirlik gətirilən silahların adlarını açıqlamasa da hərbi ekspertlər bunların «Solntsepyok» TOS-1A ağır odsaçan sistemlərinə və «Smerç» reaktiv yaylım atəşi sistemlərinə aid raketlər olduğunu müəyyən ediblər. Bundan əvvəl Rusiyadan Azərbaycana «Xrizantema-S» tank əleyhinə raket komplekslərinin böyük partiyası gətirilmişdi.
Azərbaycana Rusiyadan güclü silah sistemləri və döyüş sursatı daşınması barədə xəbərlər erməni tərəfində həyacan və təşvişlə izlənir. Ermənistanda ekspertlər səviyyəsində belə qənaət hökm sürür ki, bu silahlanma Qarabağda irimiqyaslı hərbi əməliyyatlara hazırlıqdır.
«Azadlıq» radiosunun erməni xidmətinin məlumatına görə təmas xəttindəki vəziyyətə bələd olan ekspert, «Hetk» nəşrinin baş redaktoru Edik Bağdasaryan Rusiyadan Azərbaycana gətirilən raketlər və sursat barədə özünün «Facebook» səhifəsində bunları yazıb: «2016-cı ilin aprelində Azərbaycan silahlı qüvvələri tərəfindən istifadə olunan hərbi texnikadan ən təhlükəlisi Rusiya istehsalı olan «Solntsepyok» və İsrail istehsalı olan kamikadze-dronlar idi. Düşmən məhz bu silahlarla bizim silahlı qüvvələrimizə əsas zərbələri endirdi. İndi Rusiya həmin silahların iri partiyasını yenidən Azərbaycana verib, İsrail də həmin şeyi edib».
Digər erməni analitik Armen Griqoryan isə qeyd edir ki, 2011-ci ildə Kazan danışıqları fiaskoya uğrayandan sonra Azərbaycan münaqişənin dinc yolla nizamlanmasından ümidini üzüb və irimiqyaslı silahlanmaya başlayıb. «Aprel döyüşlərindən sonra təmas xətti boyu videomüşahidə kameralarının yerləşdirilməsi aprel ssenarisinin yenidən təkrarlanmasını çətinləşdirib. Çünki qəfil hücum effekti artıq yoxdur. Buna görə də indi Azərbaycanın taktikanı necə dəyişdiyinə baxmaq lazımdır. Həmin «Solntsepyok»lar aprel döyüşlərində o qədər də effektiv olmadı. Müharibə göstərdi ki, bizim tanklar da işə yaramadı», - Griqoryan bildirir.
Rusiyalı hərbi ekspert İvan Konovalov isə qeyd edir ki, «Solntsepyok» ağır odsaçan sistemləri qismən yaxın məsafəli döyüşlərdə effektivdir, bu silahlar daha çox açıq ərazilərdə güclü effektə malik olur. «Erməni qüvvələri əsasən yüksəkliklərdə mövqe tutub. Bu silahdan müdafiənin birinci xəttini yarmaq üçün istifadə etmək olar, sonrakı mərhələdə isə onun tətbiqi o qədər də effektiv olmayacaq», - Konovalov deyir.
Qeyd edək ki, «Solntsepyok» TOS-1A ağır odsaçan sistemləri 6 kilometr məsafədəki hədəflərə-möhkəmləndirilmiş müdafiə mövqelərinə, canlı qüvvənin və texnikanın cəmləşmə rayonlarına, digər hərbi infrastruktura termobarik başlıqlı raketlərlə kütləvi zərbələr endirmək üçün nəzərdə tutulub. Azərbaycan ötən ilin aprelinə qədər Rusiyadan azı 18 belə sistem almışdı. Bu yaxınlarda açıqlandı ki, Rusiya Azərbaycana daha 6 «Solntsepyok» satıb. Ötən ilin aprelində Azərbaycan bu silahdan istifadə etsə də bu, məhdud xarakter daşımışdı və Xocavənd istiqamətində düşmənin hərbi qərargahına endirilən bir neçə odsaçan zərbəsi ciddi tələfata səbəb olmuşdu.
İndi belə görünür ki, Azərbaycan ordusu mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı düşmənin müdafəsinin birinci xəttini darmadağın etmək üçün kütləvi raket-artilleriya zərbələrindən istifadəni nəzərdən keçirir. Bu zaman «Solntsepyok» TOS-1A ağır odsaçanları Azərbaycanın malik olduğu digər silah sistemləri ilə uzlaşdırılmış şəkildə tətbiq olunarsa dağıdıcı təsir göstərəcək. Ona görə də ermənilərin narahatlıqları əbəs deyil.