
Dizel benzindən baha satılır
Türkiyədə yanacağın qiyməti qalxıb
Türkiyədə yanacağın qiyməti qalxıb
Dizelin qiyməti isə dəyişməyib
İxrac məhdudiyyətləri 6 ay uzadıldı
ABŞ-da iyun ayında istehlak qiymətləri ötən illə müqayisədə 9,1 faiz bahalanıb
Artım istehlakçıların 9 faizinə təsir edib
Aİ-95 idxal olunduğu üçün Tarif Şurası tərəfindən tənzimlənmir
Benzin qiymətinin mümkün artımını kim əsaslandırmalıdır...
Dünyada benzinin qiyməti ölkələrin tarixlərində rekordlar vurub
2030-ci ildən daxili yanma mühərrikli avtomobillər satılmayacaq
Avropa ölkəsində 1 litr yanacaq 3.5 manat olub
Qənaət etmək istəyərkən ziyana düşə bilərsiniz
Aİ-92 benzininin aksiz dərəcəsi endirilidi
1.5-1.6 manat oldu
SOCAR and-aman edir ki, ...
Almaniya şəhərlərində dizellə işləyən avtomobilləri qadağan edəcəklər
Ali Məhkəmə havaya atılan tullantı qazların çoxalması səbəbindən qərar verdi
Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.
VAXT.AZ Tarif Şurasının Katibliyinə istinadən bildirir ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, Aİ-92 markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.
Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minib.
Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.