Rusiyada benzin talonla verilir
Ölkədə yanacaq qıtlığı dərinləşir
01:45 | 16 iyul 2017 | Bazar
Məqaləyə 7200 dəfə baxılıb
Şriftin ölçüsü
Ölkədə yanacaq qıtlığı dərinləşir
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Yeni kvota müəyyən edilib
Rusiyada yanacaq ixracına qoyulan qadağa uzadıldı
İlin əvvəlindən bəri 53 faiz artım
Bu il istifadəyə verilməsi planlaşdırılır
Türkiyədə yanacağın qiyməti qalxıb
Dizelin qiyməti isə dəyişməyib
İxrac məhdudiyyətləri 6 ay uzadıldı
ABŞ-da iyun ayında istehlak qiymətləri ötən illə müqayisədə 9,1 faiz bahalanıb
Artım istehlakçıların 9 faizinə təsir edib
Aİ-95 idxal olunduğu üçün Tarif Şurası tərəfindən tənzimlənmir
Benzin qiymətinin mümkün artımını kim əsaslandırmalıdır...
Dünyada benzinin qiyməti ölkələrin tarixlərində rekordlar vurub
2030-ci ildən daxili yanma mühərrikli avtomobillər satılmayacaq
Azərbaycanda Aİ-92 markalı benzinin bahalaşması ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək. VAXT.AZ «Trend»ə istinadən xəbər verir ki, bunu şənbə günü AzTV telekanalının efirində Tarif Şurasının katibi İlkin Məcidov bildirib.
Onun sözlərinə görə, aqrar texnikanın işində dizel yanacağı istifadı edildiyindən, Aİ-92 markalı benzinin bahalaşması bu sahəyə təsir etməyəcək.
«Aİ-92 markalı benzindən kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunmur, çünki texnika dizel yanacağı ilə işləyir. Buna görə də, bu markalı benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının istehsalına və onların qiymətlərinə heç cür təsir etməməlidir», - Məcidov qeyd edib.
Tarif Şurasının katibinin fikrincə, qiymətlərin dəyişməsi sərnişin və yük daşımalarına da təsir etməyəcək.
«İctimai nəqliyyatda, ələlxüsus, avtobuslarla sərnişindaşımada, eyni zamanda, dəniz nəqliyyatı ilə sərnişin və yük daşımalarında daha çox dizel yanacağından istifadə olunur, bir sıra avtobuslar isə maye qazla işləyir. Eyni sözləri hava nəqliyyatı barədə demək olar – təyyarələr Aİ-92 benzinindən deyil, reaktiv yanacaqdan istifadə edirlər. Göründüyü kimi, tarif dəyişikliyi sərnişin və yük daşımalarına təsir etməyəcək, çünki dizel yanacağına, aviabenzinə, maye qaza və sıxlaşdırılmış qaza şamil edilməyib», - Məcidov bildirib.
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti 20 qəpik artırılıb. Şuranın qərarına əsasən, iyulun 15-dən Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdir.