Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:57 | 2 avqust 2017 | Çərşənbə
Məqaləyə 2953 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket raketlərinin təchizatına dair əldə edilmiş razılaşma Ermənistan siyasi-hərbi dairələrində böyük narahatlıqla izlənilməkdədir. Virtualaz.org xəbər verir ki, bu sövdələşmədən çıxış edərək Ermənistandakı anti-Rusiya dairələri Moskvanın ermənilərə növbəti xəyanəti barədə danışmağa başlayıblar. Bu dairələrdə deyirlər ki, Rusiya Azərbaycanla kifayətlənməyib ermənilərin digər düşməninə-Türkiyəyə də müasir silahlar satmağa başlayıb. Bu da uzunmüddətli planda Ermənistana təhlükə yaradacaq.
Ermənistandakı beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri İnstitutunun rəhbəri Stefan Səfəryan erməni KİV-lərindən birinə müsahibəsində deyib ki, Türkiyə Rusiyadan almağa hazırlaşdığı S-400 «Triumf» zenit-raket komplekslərindən birini Naxçıvanda yerləşdirə bilər. Onun sözlərinə görə, Türkiyə Naxçıvan əlahiddə ümumqoşun ordusuna təlim keçir və dəstək verir.
«Əgər başqa yerlərdə Türkiyə Azərbaycana kömək edə bilməsə də olduqca əlçatan olan Naxçıvanda Hava Hücumundan Müdafiə sistemləri yerləşdirə bilər. Naxçıvan isə Türkiyə və Azərbaycan tərəfdən möhkəmləndirildikdən sonra İrəvanı və bütün Ararat vadisini təhdid edəcək», - Səfəryan danışıb.
Erməni ekspert Türkiyə tərəfinin S-400 sistemlərindən birinin Ermənistanla sərhəddə yerləşdiriləcəyi haqda bəyanatını xatırladıb. Deyib ki, həmin sistemlər təkcə Türkiyənin müdafiəsi üçün deyil, Azərbaycanın maraqları üçün də istifadə olunacaq.
«Xüsusən də nəzərə alanda ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanıb. Bu müqavilənin məzmunu məlum deyil, lakin Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ağlasığmaz dərəcədə dərindir. Deməli bu planda S-400 sistemlərinin verilməsi Ermənistanı narahat etməlidir», - Səfəryan bildirib.
Styopa razılaşıb ki, o, hərbi məsələlər, silah sistemlər üzrə ekspert deyil. Ancaq bilir ki, S-400 dünyada ən güclü hava hücumundan müdafiə vasitələrindən biridir. Və bu sistemlər Ermənistanın malik olduğu «İsgəndər» raketlərinə də problem yarada bilər.
«Mən bilmirəm Rusiyada nə dərəcədə əmindirlər ki, həmin S-400 sistemləri onun bilavasitə maraq sferasında, o cümlədən Cənubi Qafqazda, Ermənistana qarşı istifadə olunmayacaq. Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın hərbi müdafiəsi Ermənistan üçün o qədər də etibarlı olmayıb və tarix də bunu göstərib. Və təkcə bəyanatlarda deyil, praktiki hərəkətlərdə. Əlbətdə, bu cavabı olmayan sualdır», - Səfəryan əlavə edib.