Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:48 | 26 avqust 2017 | Şənbə
Məqaləyə 1459 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Avqustun 23-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə ermənistanlı həmkarı Serj Sərkisyan arasında görüş keçirildi. Təbii ki, mətbuata açıqlanmasa da, bağlı qapılar arxasıda Putinlə Sarkisyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüş məsələsini müzakirə etdiyini demək olar.
Çünki bundan bir müddət öncə Rusiya lideri Azərbaycan prezidenti ilə məhz Soçidə görüşmüşdü. Ekspertlər hesab edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində dominantlığı yenidən ələ alıb və prezidentlər də məhz Kremlin təşəbbüsü ilə bir araya gəlib danışıqların növbəti raundunu həyata keçirəcəklər.
Bu proseslər fonunda isə ATƏT-in Minsk qrupunun həmsədri Riçard Hoqland Qarabağ probleminin sülh yolu ilə həllinə dair Ermənistana zərbə sayıla biləcək yeni sənəd təqdim edib.
«Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvə daşıyan referendum yolu ilə müəyyən etməlidir. Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinə, hansı ki, Bakı bu ərazilərə nəzarət etmir, müvəqqəti status verilməlidir, bu status ən azından təhlükəsizliyi və muxtariyyətin qarantiyasını təmin etməlidir» – Hoqland «Amerikanın səsi» radiosunun erməni xidmətinə bildirib.
Amerikalı diplomatın təqdim etdiyi sənədə əsasən Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə verilməlidir. «Orada Azərbaycanın suverenliyini nəzərə almadan məskunlaşma mümkün deyil. Bu ərazilərdə Azərbaycanın suverenliyi bərpa edilməlidir. Münaqişənin nizamlanmasının prinsiplərindən biri də Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. Bu dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Lakin dəhliz bütün Laçın rayonunu əhatə edə bilməz. Uzunmüddətli nizamla bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququnu tanımalıdır» - diplomat bildirir.
Onun açıqlaması Ermənistanda ciddi narahatlıq yaradıb, ona görə ki, bu, Ermənistanın işğalçı olmasını sübut edən bir bəyanatdır.
Ermənistan diplomatiyasının fiaskoya uğramasını bu ölkənin aparıcı nəşrləri də etiraf edir. Təbii ki, məsələnin arxasında Azərbaycanın ötən ilin aprelində cəbhədə əldə etdiyi uğurlar dayanır.
Diplomatiyada uğursuzluq, Rusiyadan dərin asılılıq – bütün bunlar Ermənistan üçün əsl əsl rəzalətə çevrilib.
Düzdür, aprel döyüşlərindən sonra Ermənistan Rusiyadan «İsgəndər» raketləri aldı, amma bu Yerevana taktiki üstünlük vermədi.
«İsgəndər» raketlərinin işə salınması üçün Rusiyanın razılığı olmalıdır. İkincisi isə Ermənistandakı «İsgəndər» raketlərinin Qarabağda müharibə alovlanacağı təqdirdə belə istifadəsi sual altındadır.
Üçüncüsü, Azərbaycan da güclü hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub, üstəgəl modern hücum silahları balansında var.
Bunlar azmış kimi, Azərbaycanın Rusiyadan dünyada analoqu olmayan S-500 hava hücumundan müdafiə sistemləri alacağı haqda da məlumatlar yayılır.
«Serj Sərkisyan «İsgəndər»lərə aldanmalı və qürrələnməli deyil, çünki Azərbaycan S-500-lərin alıcılarından biri ola bilər», – bunu isə Ermənistanın 1in.am analitik portalı yazıb.
Bundan başqa Azərbaycanın İsraildən modernləşdirilmiş «Hermes 900» pilotsuz uçuş aparatı alacağı da gözlənilir. Bütün bunlar isə Azərbaycanın hərbi sahədə də Ermənistandan qat-qat üstün olduğunu göstərir.
Ermənistan tərəfində isə bu cür müasir pilotsuz uçuş aparatları da yoxdur.