vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 noyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
«İtirəcəyimiz heç nə yoxdur» 19:28 | 28 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2493 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İtirəcəyimiz heç nə yoxdur»

Dino Ndlovu: «Bizim üçün yaxşı sınaq olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın cənubi afrikalı forvardı Dino Ndlovu ölkəsinin mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçu «Qarabağ»ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışıb. Ndlovu çətin qrupa düşdüklərini söyləyib:

«Çempionlar Liqasının qrup mərhələsində oynamaq gözəl hisslərdir. Qrupumuzda kifayət qədər güclü komandalar yer alıb. Buna baxmayaraq, biz rəqabətə hazırıq. «Çelsi», «Atletiko» və «Roma» kimi klublara qarşı hər gün oynamaq olmur. Bu, bizim potensialımızı göstərmək üçün yaxşı fürsətdir».

Dino komandanın üzərində təzyiqin olmadığını sözlərinə əlavə edib: «Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə çıxış edəcəyik. Qrup mərhələsində təcrübəyə sahib deyilik. Bu, bizim üçün yaxşı sınaq olacaq. İtirəcəyimiz heç nə yoxdur. İlk dəfə çıxış edəcəyimiz mərhələdə əlimizdən gələni edəcəyik. Üzərimidə təzyiq yoxdur».