Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
11:45 | 9 oktyabr 2017 | Bazar ertəsi
Məqaləyə 3199 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son matçında Almaniyaya 1:5 hesabı ilə məğlubiyyətdən sonra oyun haqqında fikirlərini bölüşüb. VAXT.AZ Xorvatiyalı mütəxəssisin müsahibəsini təqdim edir:
- Bu hesabdan sonra nəsə demək çətindir. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq. İlk hissədə qol vəziyyətlərimiz oldu. Onlardan birini qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı.
- Millimizin seçmə mərhələdəki çıxışını necə qiymətləndirərdiniz?
- Ümumilikdə, komandadan razı qaldım. Çətin qrupda, güclü rəqiblərə qarşı futbol oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı oynadıq. Şimali İrlandiya ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm.
- Müqavilə müddətiniz başa çatır. Qərarınızı vermisinizmi?
- Bakıya qayıdırıq. Gələcək barədə bir neçə gündən sonra açıqlama verəcəm.
- Müdafiənin mərkəzində Ruslan Abışovla Bədavi Hüseynov çıxış etdi. Artıq Rəşad Sadıqovun əvəzləyicisi kimi Ruslanı görmək olarmı?
- Gələcəkdə həmin mövqedə bu cütlüyün tez-tez oynayıb-oynamayacağını deyə bilmərəm. Bu mövqedə problem var. Standart vəziyyətlərdən qol buraxırıq. İndiyə qədər bu mövqedə yüksək səviyyədə oynaya bilmirik. Bunun üzərində çalışacağıq.
- Dmitri Nazarovun matça ehtiyatdan başlaması Çexiya ilə Bakıdakı oyunda zəif çıxışının nəticəsi idi?
- 3 gün əvvəl Çexiyaya qarşı oynadığımız üçün heyətdə dəyişiklik etdim. O mövqedə müdafiəyə meyilli oyunçu oynatmaq istədim. Dmitri müdafiəyə az kömək etdiyi üçün onu ehtiyatda saxladım. Nazarov yaxşı futbolçudur. Sadəcə, bu gün başqa keyfiyyətli oyunçu lazım idi.