Almaniyada kilsə zəngi oğurlandı
Maddi dəyəri 10 min avro idi
11:50 | 9 oktyabr 2017 | Bazar ertəsi
Məqaləyə 2753 dəfə baxılıb
Şriftin ölçüsü
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizi qəbul edən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyun haqqında fikirlərini bölüşüb. Almaniyalı mütəxəssis 5:1 hesablı qələbəyə sevindikləri oyundan sonra bunları söyləyib:
- Oyunçularımı təbrik edirəm. 10 qələbə göstərir ki, bizim futbolçular həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. Bizim üçün rəqibin kimliyinin fərqi yoxdur. İlk hissədə tam yaxşı oynamadıq, yavaş hərəkət etdik. Texniki səhvlərimiz oldu. Topu tez-tez öz qapıçımıza göndərirdik.
Hamı bizdən yaxşı çıxış gözləyir. Ancaq gənclərə vaxt lazımdı. İkinci hissədə istədiyimizi edə bildik. Elə oynadıq ki, qollar gəlməli idi.
- 10 qələbə qazansanız da, tam razı görünmürsünüz. Səbəb nədir?
- Son vaxtlar gözləntilərimdən danışdım. Bir neçə aydan sonra dünya çempionatı olacaq. İndidən bu turnir barədə düşünməliyik. Çünki aylar tez keçir. Dünya çempionatı başqa yarışdı.
- İlk hissədə bir epizodda əsəbləşdiniz...
- İlk qoldan sonra müdafiəçilər ləng idilər. Azərbaycan hücuma çıxa bilirdi və bizim oyunçular ağır hərəkət edirdilər. Qol vurmaq üçün tələsdik. İkinci hissədə bu problemi düzəltdik. Arxada yaxşı oynayanda, öndəkilər topu daha yaxşı qəbul edirlər.
- Noyabrda test oyunlarınız olacaq. Rəqib kimi güclü komandaları seçməyinizin səbəbi nədir?
- Dünya çempionatına qədər 6 oyun keçirəcəyik. Güclü komandalarla ona qədər oynamaq istəyirik ki, səhvlərimizi görək və onları düzəldək. Noyabrdan marta qədər 4 aylıq fasilə olur. Bir oyunla hər şeyə aydınlıq gətirmək olmur.
- Dekabrın 1-də püşkatma olacaq. Həyəcan keçirirsinizmi?
- Rəqibin kimliyinin fərqi yoxdur. İstənilən halda bizi ilk pillədə görürlər.
- Dünya çempionatına qədər heyətdə dəyişikliklər ola bilərmi?
- Buna hələ qərar verməmişəm. İlkay Gündoğanın sağalmasını arzu edirəm. Çünki onun bizimlə olmasını çox istəyirəm.