
“Rusiya Ukraynada kimyəvi silahdan istifadə edir”
İki ölkənin kəşfiyyat strukturları əllərində fakt olduğunu iddia edir
İki ölkənin kəşfiyyat strukturları əllərində fakt olduğunu iddia edir
Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib
Neftə tavan qiymət, “Oreşnik” istehsalına sanksiyalar gözlənilir
“Transneft” şirkətinin vitse-prezidenti pəncərədən yıxıldı?!
Ötən il bu vaxt terrorçu siyahısında idi
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
Rus dilində təhsil Azərbaycan dövlətinin təqdim etdiyi seçimdir
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Rus dilli məktəblər Putin Rusiyasının əlində hücum bəhanəsinə çevrilib
13 saatlıq saat qurşağı olan ərazisində dünyadakı bütün kimyəvi elementlər var, amma ...
... Və ya “böyük rus mədəniyyəti”nin arxasında gizlənən gerçək rus vəhşiliyi...
Cəbhəyə “babalar” göndərilir
Rusiya ərazisində bütün qeyri-ruslara qarşı etirazlar baş qaldırır
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
İmperiya təkcə siyasi xəritədən silinməyəcək
Xəbər verdiyimiz kimi, Rusiya Ermənistana müasir silahların alınması üçün 20 il müddətinə daha 100 milyon dollarlıq ixrac krediti verəcək. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Artıq Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.
Kredit razılaşmasına əsasən, Ermənistanın Müdafiə Nazirliyi və Rusiyanın «Rosoboroneksport» ASC arasında müqavilələr bağlanacaq, silahların və hərbi texnikanın çatdırılmasının müddətləri uyğunlaşdırılacaq. Müqaviləyə əsasən, həmin vəsaitə İrəvan «Smerç» reaktiv sistemləri, «İqla - S» zenit raket kompleksləri, «Avtobaza - M» radiotexniki kəşviyyat kompleksləri, TOC – 1A «Solnsepyok» ağır odsaçan sistemləri və digər sursatlar alacaq.
O da məlumdur ki, 2015-ci ilin fevralında da Rusiya ilə Ermənistan arasında silahların alınmasına dair 200 milyon dollarlıq kredit razılaşması imzalanıb. Həmin razılaşma əsasında isə Ermənistana reaktiv yaylım atəşli «Smerç», «İqla C» və bəzi digər sistemlərin verilməsi davam edir. Ermənistanın müdafiə naziri Vigen Sərkisyan ötən həftə bildirdi ki, 200 milyon dollarlıq kredit anlaşması üzrə silahların alınması ilin sonunadək başa çatacaq.
Beləcə, satellit Ermənistan Rusiyadan əvvəlki kredit həcmində hərbi sistemləri alıb qurtarmamış Moskva ona daha 100 milyon dollarlıq silah krediti ayırmaq qərarına gəlib. Qeyd eləmək zərurəti var ki, Rusiya forpost Ermənistana silah və döyüş sistemlərini öz daxili bazar qiymətinə, yəni ucuz verir.
***
Göründüyü kimi, Rusiya Ermənistanı ən müasir silahlarla təchiz eləməklə Azərbaycan ərazilərini on illərdir işğalda saxlayan təcavüzkar dövlətin hərbi cəhətdən daha da güclənrməsinə, onun ayaqda qalmasına və silahlanma yarışında Azərbaycandan geri düşməməsinə çalışır.
Bu isə əvvəla, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Kremlin götürdüyü öhdəliklərə, o sırada ədalətli vasitəçi olmaq missiyasına daban-dabana ziddir. Ən önəmlisi, bu, işğalçıya açıq havadarlıq və «işğala davam et!» siyasətidir. Biz hələ bununla şimal qonşumuzun beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozmasını demirik.
Rusiyanın Ermənistanı silahlandırması habelə, regional təhlükəsizliyi birbaşa təhdid eləmək, bölgədə onsuz da böyük olan gərginliyin artmasını stimullaşdırmaqla yanaşı sözsüz ki, Azərbaycanla dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə də ziddir. Hər necə olmasa, işğalçının silahlandırılması Azərbaycana dost, tərəfdaş münasibətdən xəbər vermir və Moskva rəsmilərinin tez-tez bəyan elədikləri Bakı ilə səmimi tərəfdaşlıq anlayışı ilə bir araya sığmır. Moskvanın Qarabağ məsələsində daha çox vassal Ermənistanın maraqlarına uyğun hərəkət etdiyini təsdiqləyir – hərçənd, bu kimi addımlarla Moskva İrəvanı həm də özündən daha asılı duruma salmağa çalışır.
Həmçinin, belə qənaət hasil olur ki, Moskva və xüsusilə də təcavüzkar tərəf hər halda, Azərbaycanın son vaxtlar artan hərbi potensialından, ölkəmizin Ermənistan üzərində böyüyən hərbi üstünlüyündən, yəni balans fərqinin artmasından ciddi şəkildə narahatdır. İrəvanda və Moskvada təlaş var ki, bu balansın böyüməsi günün birində Bakını öz ərazilərini silah gücünə azad eləməyə daha da təşviq edə bilər.
Müdafiə naziri Zakir Həsənovun təzəcə başa çatan uğurlu İsrail və Belarus səfərləri bu ehtimalı gücləndirir. 100 milyonluq kreditin həmin səfərlərdən dərhal sonraya təsadüf eləməsi də diqqətdən yayına bilməz.
***
İrəvana yeni kreditin Azərbaycan və Ermənistan prezidentlərinin uzun fasilədən sonra sabah Cenevrədə baş tutacaq növbəti görüşü ərəfəsində verilməsi də maraq doğurur. Belə nəticə hasil olur ki, Moskva təkcə öz satellitinin Azərbaycanla hərbi balans yarada bilməməsi sarıdan narahat deyil, Kreml eyni zamanda bütövlükdə münaqişənin tezliklə həll edilə biləcəyindən əndişəlidir.
Bölgəni «barıt çəlləyi»nə çevirməkdə davam edən Rusiya bununla bir daha nümayiş etdirmək istəyir ki, konfliktin «həll açarı» Avropada, Cenevrədə, Brüsseldə yox, məhz onun özündədir. Ancaq Moskva nədənsə on illərdi bu «açarı» öz «qıfılına» salmağa həvəs belə göstərmir. Əksinə, Ermənistanla işğal ortaqlığını davam etdirir. Bununla belə, Azərbaycanı strateji tərəfdaş, Ermənistanı isə strateji müttəfiq saymaqda davam edir. Elə isə nədən bu strateji dostlar arasında ədalətli arbitr olmaq, iki tərəfdən hələ də davam edən qan tökülməsini durdurmaq istəmir?
***
Bu sualın cavabını həm də son zamanlar bir sıra digər məsələlərdə (məsələn, ÜAK-ın əsassız şəkildə ləğvi, Rusiya XİN-in Bakıya Rusiya erməniləri və Qarabağda müharibə ilə bağlı hədələyici bəyanatları və s.) Kremlin nümayiş etdirdiyi mövqedən tapmaq olar. Belə addımlar əlbəttə ki, Azərbaycanla yaxın qonşuluq münasibətlərin ruhuna və hərfinə ziddir.
Odur ki, Azərbaycan dövləti və xalqının tam haqqı çatır ki, münaqişənin həllində neytral vasitəçiliyə iddia edən Kremldən nəhayət, daha ölçülü-biçili siyasət yürütməyi tələb eləsin, işğalçıya yardımlarını dayandırsın, problemin həllinə real töhfə versin, Azərbaycana həqiqətən də strateji tərəfdaş ölkə olduğunu əməldə təsdiqləsin. Yoxsa ki, «Səni sevəcəyəm, sən sevməsən də» deyimi konkret halda Azərbaycan üçün Rusiyaya münasibətdə heç vaxt məqbul olmayacaq. Bunu Kremldə gözləməsinlər də...