Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:59 | 20 noyabr 2017 | Bazar ertəsi
Məqaləyə 4040 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Rusiya və Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiya üzərindən keçən nəqliyyat dəhlizlərinin açılmasını noyabrın sonlarına qədər həll edə bilər. Virtualaz.org xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib. Abaşidze ötən həftə Praqada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə iki ölkə münasibətlərinin normallaşmasına dair danışıqların növbəti raundunu keçirib.
Abaşidzenin bəhs etdiyi razılaşma o deməkdir ki, Abxaziya ərazisindən keçən və Rusiyanı Ermənistana birləşdirən dəmir yolu da açılacaq. Hansı ki, həmin dəmir yolu 90-cı illərin əvvəllərindən Abxaziya münaqişəsinə görə bağlıdır. Əgər Abxaziya dəmir yolu açılsa Ermənistan Azərbaycan ərazilərinini işğalı nəticəsində düşdüyü nəqliyyat blokasından çıxacaq. Hansı ki, bu günlərdə istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolu Ermənistanın təcridini daha da gücləndirməyə hesablanmışdı.
Abaşidzenin sözlərinə görə, Tiflisdə ümid edirlər ki, Rusiya, Gürcüstan və İsveçrənin SGS şirkəti noyabrın sonlarına qədər müvafiq razılaşmanı imzalayacaqlar. Razılaşmaya əsasən neytral ölkə kimi İsveçrənin SGS şirkəti Cənubi Osetiya və Abxaziyanın Rusiya ilə sərhədində iki nəzarət postu quracaq. Daha iki nəzarət postu isə bu qondarma «respublikaların» Gürcüstanla inzibati sərhədlərində qoyulacaq. Razılaşma Cənubi Osetiya və Abxaziyanın statusuna toxunmadan Rusiya ilə Gürcüstan arasında ticarət əlaqələrinin inkişafına imkan yaradacaq.
Rusiyadakı strateji kommunikasiyalar Mərkəzinin prezidenti Dmitri Abzalov hesab edir ki, indiki siyasi və iqtisadi reallıqlarda Abxaziya və Cənubi Osetiyadan keçən nəqliyyat dəhlizlərinin açılmasına dair razılaşma yaxın vaxtlarda imzalana bilər. Onun sözlərinə görə, bu layihə əslində Saakaşvilinin hakimiyyəti dövründə nəzərdən keçirilirdi. «Lakin prezident Obama ilə görüşdən sonra layihə əngəlləndi. Üstəlik 2008-ci ilin avqust hadisələri də bu dəhlizlərin açılmasını mürəkkəbləşdirmişdi. Lakin razılaşma imzalansa, xüsusən də İsveçrə üçüncü tərəf kimi çıxış etsə bu, layihənin həyata keçirilməsi perspektivlərini ciddi ölçüdə yaxşılaşdıracaq. Razılaşma noyabrın sonlarına qədər imzalansa Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası mərhələsinə keçmək olar», - ekspert bildirib.
Bundan əvvəl gürcü ekspertləri bildirmişdilər ki, Azərbaycan Abxaziyadan keçən dəmir yolu ilə Ermənistana hərbi yüklərin daşınmaması şərti qoyur. Və Gürcüstan bu şərti nəzərə almalıdır. Lakin ümumən Abxaziya dəmir yolunun açılması Ermənistanın nəqliyyat blokadasına xeyli ölçüdə son verəcəyinə görə Bakının həmin razılaşmaya münasibəti müsbət ola bilməz. Ehtimal etmək olar ki, Azərbaycan tərəfi Gürcüstanla münasibətlərindən və qonşu ölkəyə təsir imkanlarından istifadə edərək Ermənistana hava və su kimi gərəkli olan dəmir yolunun açılmasına mane olacaq.