Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:16 | 23 noyabr 2017 | Cümə axşamı
Məqaləyə 2442 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti Vladimir Putin noyabrın 13-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün ardınca Qarabağ məsələsini Kremldə Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarıb. Bu barədə virtualaz.org-a Moskvadakı mötəbər diplomatik qaynaqlardan məlumat daxil olub.
Məlumata əsasən Rusiya Təhlükəsizlik Şurasında müzakirələrin nəticəsi olaraq belə yekun qənaət ortaya qoyulub ki, Moskvanın regiondakı maraqları nəzərə alınmaqla ən azı qarşıdakı iki il ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud situasiya dəyişməz qalmalıdır. Çünki bu münaqişənin vasitəsilə Ermənistanı və Azərbaycanı nəzarətdə saxlamaq çox asandır.
Xatırladaq ki, Ərdoğan Soçidə Putinlə danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyi və Rusiyanın rolu barədə məsələ qaldırıb. Lakin Türkiyə prezidenti bəyan edib ki, Putin məsələnin həllinə dair o qədər də ümidli deyil. Daha sonra regiona səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov eyni ruhda bəyanat verib, danışıqlardan yaxın gələcəkdə nəticə gözləmədiyini bildirib.
Ermənistan diplomatik mənbələri də Lavrovun Bakıya və İrəvana dörd günlük səfəri zamanı Qarabağa dair hər hansı sürprizlər və sensasiya baş vermədiyini təsdiqləyir. «168 jam» qəzeti iddia edir ki, erməni tərəfi Madrid prinsiplərindən bir qədər fərqlənən «Lavov planı» üzrə irəliləməyə hazırdır. Lakin Rusiyadan qarantiya tələb edir ki, ətraf ərazilərin qaytarılmasından sonra Azərbaycan daha Qarabağa iddia etməyəcək. Plana əsasən Dağlıq Qarabağa əvvəlcə aralıq status verilir, daha sonra referendum keçirilir. «Bizim mənbələrimiz bildirir ki, Azərbaycan planın bir neçə bəndinə, o cümlədən referendumun keçirilməsinə qarşıdır», - məlumatda deyilir.