Rusiya Avropanı hədələdi
“Blokadanızı donanmamızla yararıq”
11:07 | 27 noyabr 2017 | Bazar ertəsi
Məqaləyə 2277 dəfə baxılıb
Şriftin ölçüsü
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Türkiyədə növbəti kütləvi zəhərlənmə hadisəsi
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Ötən həftənin mühüm hadisələrindən biri də Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin - Putin, Ərdoğan və Ruhaninin Suriya böhranı mövzusunda keçirdiyi görüş oldu. Görüş Suriya (Yaxın Şərq) böhranının həllində tarixi əhəmiyyətli anlaşmanın əldə olunması ilə yadda qaldı. Əksər ekspertlərə görə, bu format uğurla davam edərsə, Yaxın Şərqdəki ən qanlı münaqişə ocağı söndürülə bilər.
Ən önəmlisi, Soçi görüşü və onun nəticələri üç paytaxtın digər konfliktlərin həllində də ortaq əməkdaşlığı üçün yaxşı örnək yaradır. Həmin konfliktlərdən biri də 29 ildir alovlanan Dağlıq Qarabağ münaqişəsidir.
***
Bu xüsusda tanınmış rusiyalı siyasi analitik və tarixçi Oleq Kuznetsovun Azərbaycan mediasına son müsahibəsində bəzi fikirlər diqqət çəkir. Politoloq deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həlli üçün həqiqətən də İran və Türkiyənin yardımından istifadə edə bilər.
«Laçın və Kəlbəcər istisna olmaqla, 5 rayonun Azərbaycana qaytarılması təklifi 1999-cu ildən etibarən Rusiya tərəfindən müxtəlif tonallıqla təklif olunur. Mən sizə deyim ki, bəlkə də daha çox. 1999-2016-cı illərdə Ermənistan bu addımı atmağa yaxın idi. 1999-cu ildə İrəvanda olan terror aktından, Nair Unanyanın terror təşkilatının erməni siyasi elitasının 22 nümayəndəsini qətlə yetirəndən sonra hakimiyyətə Köçəryan- Sərkisyanın «Qarabağ planı» gəldi. Amma hətta o da 2015-ci ildə Azərbaycana güzəştə getməyə hazır idi. Lakin 2016-cı ilin aprel döyüşləri Kremlin bu təşəbbüsünün reallaşmasına imkan vermədi» - analitik deyib.
Onun sözlərinə görə, Moskva Qarabağ münaqişəsinin nizamlanması məsələsində İrəvana daim təzyiq göstərir. «İndi - Suriyadakı beynəlxalq terrorizmə qarşı Moskva nüfuza sahib olduğu bir dövrdə bu, daha da kəskinləşib. Lakin bütün dünyanı silah gücünə sülhə məcbur edən «şahin» imici ilə yanaşı, Rusiya həm də beynəlxalq konfliktləri danışıqlar yolu ilə həll edə bilən «göyərçin» obrazına da sahibdir. Buna görə də Rusiya indi Dağlıq Qarabağ mövzusuna dair obyektiv səylərini artırır və bundan sonra da artıracaq», - deyə politoloq qeyd edib.
Ekspertin qənaətincə, hazırda Kreml Ön Asiya regionundakı münaqişələrin həllində prinsipial olaraq yeni taktikaya keçib və bunu Suriyanın timsalında aydın görmək olar: «Avropa və ABŞ əvəzinə Rusiya Türkiyə və İranla danışıqlar masasına oturdu, onları Suriyadakı sülhün və sabitliyin təminatçısı olaraq seçdi. Əminəm ki, əgər bu regional nizamlanma modeli Suriyada özünü doğruldarsa, Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun səyləri nəticəsində deyil, İran, Türkiyə və Rusiya vasitəsilə həlli yolunu tapacaq».
Politoloq fikrini belə əsaslandırıb: «Hamımız Türkiyənin Azərbaycan, İranınsa Ermənistan üzərində necə bir təsirə sahib olduğunu bilirik. Rusiya isə Cənubi Qafqaz ölkələri üçün əsas silah tədarükçüsüdür. Yəni yalnız Rusiya, İran və Türkiyə Azərbaycan və İrəvana siyasi yollarla deyil, praktiki təsir göstərə bilir. Qarabağ probleminin yeni mərhələdə həlli yolu, məncə, məhz bu cür baş tutacaq. Hazırda İrəvanın dünyada beynəlxalq arenanın sözünü dinləyən normal dialoq qurmaq qabiliyyətinə malik ölkə imici ilə bu konfliktə son qoymaq şansı var. Lakin o, həm də bu tarixi şansı qaçırıb bütün münasibətləri məhv də edə bilər, bu isə Ermənistanın taleyi üçün ölümcül olacaq».
Tanınmış rusiyalı telejurnalist və təhlilçi Maksim Şevçenko da Qarabağ probleminin həllini Ankara-Moskva-Tehran dialoqunda mümkün sayır. Onun sözlərinə görə, Qərbin, ABŞ-ən hədəfi əksinə, Qarabağ konflikti hesabına bölgədə möhkəmlənib «Rusiya, Türkiyə və İranı Cənubi Qafqazdan vurub çıxarmaqdır».
***
Əlbəttə ki, hər iki rusiyalı təhlilçinin mövqelərini bölüşmək də olar, bölüşməmək də. Məsələn, qeyd eləmək olar ki, Rusiyanın da əsas hədəflərindən biri Qarabağ ixtilafı hesabına bölgədə möhkəmlənməkdir. Lakin ABŞ və Avropadan fərqli olaraq, Kremlin bu problemi çözmək üçün əlində real rıçaqlar var. Yəni Rusiya istəsə, ədalətli şərtlərlə problemin həllində ciddi irəliləyişə nail ola, bu zaman bölgədə qala da bilər.
Yaxud «5 rayon» qarşılığında Azərbaycanı gözləyən potensial fəsadları burda xatırlatmaq olardı. Ancaq biz «Lavrov planı» və ya «Putin planı» deyilən və bir neçə rayonun qaytarılmasının nəzərdə tutulduğu iddia edilən variant haqda müfəssəl bilgiyə malik deyilik. Bir neçə rayon qarşılığında Bakıya qarşı irəli sürülən şərtlər haqda da yalnız ekspertlər səviyyəsində ehtimal və mülahizələr irəli sürülüb.
Ancaq maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə Soçi görüşündən sonra belə bir fikir söyləmişdi: «İşğal olunmuş 7 rayondan 5-i ilə bağlı daha əvvəl çıxan qərar var. Bu qərarlara əməl edilməsinin vacibliyi üzərində dayandıq. Putin məsələyə müsbət baxır, amma görürəm ki, çox ümidli deyil».
Ayrı sözlə, 5 rayon məsələsi artıq Türkiyə üçün də təzə məsələ deyil və ola bilsin ki, mətbuatda hallanan şərtlər gerçəyi dolğunluğu ilə ifadə eləmir. Hər necə olmasa, qardaş ölkə rəhbərliyi Putinlə təmaslarda Azərbaycanı qane etməyən həll variantında israr eləməz. Ankara-Moskva ilişgilərinin həm də Suriya məsələsindən dolayı getdikcə dərinləşməsi isə Qarabağ ixtilafının, Qafqazdakı digər ixtilafların həllinə də pozitiv inikas edə bilər - nəyə ki, rusiyalı politoloq Oleq Kuznetsov yuxarıda vurğu salıb.
Onu da nəzərə alsaq ki, işğalçı Ermənistan Türkiyə-Rusiya yaxınlaşmasından xüsusi təlaş keçirir, o zaman İranın Qarabağ prosesinə qoşulması İrəvan üçün müəyyən mənada «bufer rolu» oynaya və böyük anlaşmanı həqiqətən də yaxınlaşdıra bilər.
Hərçənd, fərqli yanaşmalar da var. O sırada politoloq Arzu Nağıyev diqqəti belə bir məqama çəkir: «Təklifdə Azərbaycana Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının qaytarılması nəzərdə tutulur. Fikir verin, Ağdam istisna olmaqla, digər adları çəkilən rayonlar İranla həmsərhəddir. Azərbaycanın işğal olunmuş ərazilərindən İranla 143 km olan sərhədinə heç bir dövlət tərəfindən nəzarət olunmur. Əgər sabah İran sərhədlərin müzakirəsi məsələsini önə çıxarsa, bu, artıq beynəlxalq səviyyədə müzakirə olunacaq bir problemə çevriləcək. Bunu anlayan Ermənistan məhz buna görə sözügedən məsələdə özünü sığortalamağa çalışır. Guya həmin rayonlar İranla bufer zonasıdır və gələcəkdə regionda təhlükəsizliyə təhdid yarada bilər. Reallıqda 5 rayon məsələsinin əsl mahiyyəti məhz bundan ibarətdir».
***
5 rayonun qaytarılması ilə bağlı Azərbaycana vəd edilən risklərə gəlincə, əslində Türkiyə olan yerdə bu mümkün ola bilməz. Qardaş ölkə Azərbaycanın ziyanına olan prosesdə yer almaz. Çünki «Azərbaycanın dərdi bizim dərdimizdir» deyib Ərdoğan. Əminik ki, bu yanaşma Moskva-Ankara-Tehran həll üçlüyündə də aparıcı olacaq.
Regional güclərdən ibarət üçlü format isə gerçəkdən də Qarabağ məsələsində ATƏT-in Minsk Qrupu üçlüyünü uğurla əvəzləyib praktik nəticəyə nail olmaq imkanına malikdir. Bir şərtlə ki, Suriya məsələsindəki kimi Dağlıq Qarabağ məsələsində də Moskva həll təşəbbüslərində eyni dərəcədə səmimi olsun. Yerdə qalanlar elementlərdir.