vaxtlı-vaxtında oxuyun! Şənbə, 26 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
«Hamımız Bakıya qayıtmaq istəyirik!» 15:13 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1355 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamımız Bakıya qayıtmaq istəyirik!»

Göz yaşlarında boğulan Rima Sarkisova: «xoşbəxt və təhlükəsiz həyat üçün bundan yaxşı yer yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı ermənisi, ictimai xadim Rima Sarkisova göz yaşlarını saxlaya bilmədi. Sözün hərfi mənasında göz yaşlarından boğulan konfrans iştirakçısı dedi: «Mənim əzizlərim! Minlərlə Bakı ermənisi hələ də qürbətdə özünə isti bir sığınacaq tapa bilməyib. Ermənistandakı millətçi dairələrin təxribatçı və düşmən siyasəti nəticəsində süni Qarabağ münaqişəsi başlanıb. Axı biz yüzillərlə böyür-böyürə yaşamışıq. Bir yerdə - vahid Azərbaycan ailəsində sevirdik, həyəcanlanırdıq, sevinirdik və qüssələnirdik.

Mən Ukraynadan gəlmişəm. Lakin ürəyim Bakımıza və bu günün Azərbaycanına sevgi ilə doludur. Azərbaycan paytaxtında, Vətənimdə olduğum ilk günlərdə əminliklə deyə bilərəm – xoşbəxt və təhlükəsiz həyat üçün bundan yaxşı yer yoxdur.

Erməni millətinin bütün nümayəndələrinə müraciət edirəm. Sərkisyanın faşist hakimiyyətini dayandırmaq və torpaqlarımızda sülhün bərqərar olmasına nail olmaq vaxtıdır. Bugünkü tolerant, inkişaf etmiş və sivil Azərbaycan bir ölkədə multikulturalizmin və beynəlmiləlçiliyin uğurlu adaptasiyası modelinin parlaq təcəssümüdür».