Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
12:02 | 17 avqust 2018 | Cümə
Məqaləyə 2194 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Türkiyədə baş verən iqtisadi böhran heç şübhəsiz ki, hakimiyyətdən narazılığı da gücləndirir. Türkiyədə Ərdoğana qarşı bilinən müxalifətlə bərabər keçmiş AK Partiyalılar arasında, hətta hazırda partiyaya üzv olanların içində də müxalifət mövcuddur. Türkiyədən olan dostlarımın bildirdiyinə görə ölkədə nədənsə son zamanlar Abdulla Gülün populyarlığı artmaqdadır.
Böhrana sərt münasibət göstərən və iqtidarın istefasını tələb edənlərin əksəriyyəti nədənsə ümidlərini Abdulla Gülə bağlayır. Bunu sosial şəbəkələrdəki statuslarda da görmək mümkündür. Gülün özü də sosial şəbəkədəki fəallığını bir qədər artırıb. Onun bir müddət əvvəl Ərdoğanla münasibəti gərgin olan keçmiş baş nazir Əhməd Davudoğlu ilə görüşdüyü barəsində məlumatlar yayılmışdı. Eks-prezidentin Səadət Partiyasının sədri Temel Karamollaoğlu ilədə sıx münasibətdə olduğu bilinən həqiqətdir.Ərdoğanın yeni sistemə keçməsindən sonra partiya içindəki köhnə komandanı idarəçilikdən uzaqlaşdırması partiyada ona qarşı böyük bir narazılığın yaranmasına səbəb olub. Bu il keçirilən prezident seçkilərində iştirakdan imtina əslində Gül üçün düşünülmüş taktika idi. Çünki bu seçkilərə Ərdoğan güclü bir şəkildə girmişdi və ənənəvi müxalifət 2 keçmiş dostu qarşı-qarşıya qoymaq üçün əlindən gələni əsirgəmirdi. Bu isə Gül üçün mənfi hal hesab oluna bilərdi. Ərdoğan qarşısında birbaşa Gülün məğlub olması isə keçmiş prezidentin siyasi iflasına səbəb olardı. Türkiyənin payız aylarında iqtisadi böhrana düçar olacağı əvvəlcədən bilinən bir gərçək idi. Seçkilərin hakimiyyət tərəfindən qabağa keçirilməsi və seçki ərəfəsində Suriyada həyata keçirilən əməliyyatların bir səbəbi də iqtidarın səsini artırmağa yönəlmişdi. Ərdoğan və AK Partiya bir yolla iqtidarda qala bildi. Ancaq böhran dərinləşdikcə narazılıqda təbii olaraq artır. İqtisadiyyatın başında Ərdoğanın kürəkəni Bərat Albayrakın durması isə narazılar arasında xüsusi bir qıcıq yaradır.
Növbəti prezident seçkilərinə qədər, hətta gələn il keçiriləcək Bələdiyyə seçkilərinə qədər köhnə komandanın yeni siyasi birlikdə toplaşması və bu birliyin başına Abdulla Gül gətirilməsi mümkündür. Əvvəl-axır bu ittifaqın baş tutacağını bilən Karamollaoğlu isə yeni bir birlik əvəzinə öz keçmiş “ana ocaqları” olan Səadətdə birləşməsi üçün əlindən gələni edir. Ancaq bu da bir qədər inandırıcı görünmür. Çünki onlar bir dəfə “Milli Görüş köynəyi”ni soyunduqlarını bildirmişdilər. Bu birlik ehtimal ki, Bələdiyyə seçkiləri öncəsi meydana çıxsın. Türkiyədə həqiqətən də sağ düşərgədə yeni bir siyasi hərəkata ehtiyac var. AK Partiyaya qarşı müxalif olan sağ görüşlü insanlar CHP-ni dəstəkləməkdən imtina edir.
Gülün bu hərəkətləri bir növ ötən əsrin 50-ci illərində Türkiyənin keçmiş baş qərargah rəisi, marşal Fevzi Çakmak paşanın İsmət İnönüyə qarşı etdiyi taktikanı xatırladır. Qeyd edim ki,1938-ci ildə Atatürk vəfat etdikdən sonra CHP içindəki güclər başda dövrün baş naziri Cəlal Bayar olmaqla Marşalı prezident seçdirmək istəsələr də, o bundan qətiyyətlə imtina edərək keçmiş dava yoldaşına rəqib olmaqdan imtina edir. Ancaq maraqlıdır ki, daha sonra Çakmak paşa 1945-ci ildə vəzifəsindən istefa verərək hərbi formasını çıxartmış və seçkilərdə gözlənilməz şəkildə İnönüyə rəqib olmuşdu. Düzdür Marşal həmin zaman İnönü devirə bilmədi, ancaq 5 il sonrakı seçkilər illərin İsmət paşasını Çankayadan Pəmbə köşkə köçməyə məcbur edəcəkdi.
Gülün və onla həmfikir olanların bu hadisəni təkrarlayacağını və Ərdoğanı Beştəpəyə göndərə biləciyini indidən demək isə çox çətindir. Çünki, Türkiyə siyasətində heç vaxt “evdəki hesab bazarda tutmur”.