
Neftdə qalxır
Ticarət danışıqları ilə qiymətlər yüksəlişdə
Ticarət danışıqları ilə qiymətlər yüksəlişdə
Bunun bir çox səbəbi var
Tarif danışıqlarındakı irəliləyişlər qiymətlərə təsir edir
Ticarət danışıqları, tarif razılaşmaları və Pekinlə neft müzakirələri bazarda canlanma yaradıb
Ticarət razılaşması sonrası qiymətli metalın qiymətində azalma yaşadı
Trampın tarif siqnalları fonunda ehtiyatlı ticarət
“Azeri Light” isə 78 dollara yaxınlaşdı
Qərb birjalarından qovulan Moskvanın yeganə çıxışı Pekin bazarıdır
FED-i sarsıdan təzyiqlər, Trampın sədrlik planı və tarif qorxusu fonunda qiymətlər yüksəlir
18-ci paket Hindistan mərkəzli “Nayara Energy” şirkətini hədəfə aldı
ABŞ göstəriciləri risk iştahasını artırıb
İraqdakı PUA hücum ilə körfəzdəki qaçaqmalçılıq arasında bağlantı varmı?
Tələbat qiymətlərə təsir edib
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
Trampın tarif təhdidləri və FED gözləntiləri qızıl bazarını sabit saxlayır
“OPEC”in neft hesabatında nə yenilik var?
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Son günlər ABŞ-ın qonşu dövlətləri ilə yeni ticarət sazişi danışıqları, dünya birjalarında investorların diqqət mərkəzindədir və dollarda volatillik (qeyri-sabit) artıb.
Avro
Dünya valyuta birjalarında avronun məzənnəsi 1.17 dollaraa kimi bahalaşdıqdan sonra yenidən 1.16-a düşüb. Təhlillərə əsasən, qiymət keçən həftənin minimum səviyyəsinin altında qalarsa, 1.15-a kimi də enə bilər.
Son günlər Amerikanın Kanada və Meksika ilə yeni ticarət sazişi uğrunda çalışması, dolların qiymətində də dalğalanmanın güclənməsinə səbəb olub. Meksika ilə ilkin razılaşma əldə olunsa da, Kanada ilə danışıqlar fonunda risklər mövcuddur. Donald Trampın Kanadaya qarşı səs tonunun sərtləşməsi isə ABŞ parlamentində tənqidlərə səbəb olub və beləliklə, ABŞ-ın hökumət daxilində də siyasi riskləri gücləndirib. Kanada ilə danışıqlar davam etdirilir və çərşənbə günü önəmli açıqlamaların ola biləcəyi ehtimal edilir.
Bununla yanaşı, cümə günü saat 16:30-da yayımlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da məzənnəyə güclü təsiri baxımından diqqət mərkəzində saxlanılmalıdır.
Funt-sterlinq
İngilis funtunun məzənnəsi isə 1.29 dollara ticarət edilir. İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” fonunda danışıqların gərginləşməsi də məzənnəyə öz təsirini göstərməkdədir. İngilis hökumətinin AB ilə azad ticarət müqaviləsi təkidinin noyabra kimi razılaşdırılmasına çalışılır. Beləliklə, burada da danışıqlar fonunda risklər və dolların qiymətində bahalaşmaya, daha doğrusu funt-sterlinqin 1.28-ə kimi ucuzlaşmasına səbəb ola bilər.
Lirə
Türkiyə maliyyə bazarlarında isə lirənin məzənnəsinin son bir həftə ərzində dollar qarşısında 6.83-ə kimi ucuzlaşmasından sonra yenidən 0.44 dəyər qazanaraq 6.39-a bərabər olub. Yeni həftənin ilk ticarət sessiyasında isə 6.56 ətrafında dalğalanan məzənnə 6.70-i də yuxarı istiqamətdə qırıb möhkəmlənərsə, 6.92 rekorduna çata bilər.
Neft
Avropanın “Brent” markalı neftinin bir barel qiyməti 78 dollara kimi bahalaşdıqdan sonra qiymət 77-yə düşüb. Bu rəqəm cümə gününün minimum səviyyəsi altında qalarsa, “qara qızıl” 75-ə kimi də ucuzlaşa bilər.
Bu həftənin cümə axşamı saat 19:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da neftin qiymətinə güclü təsir edəcəyi gözlənilir.
Qızıl
Əlvan metallar bazarlarında qızılın qiyməti 1196-a (qramı 38.5 dollar) kimi ucuzlaşıb. Qiymət 1207-nin (qramı 38.8 dollar) altında qaldıqca, ucuzlaşma 1181-ə (qramı 38.0 dollar) kimi davam edə bilər.
Qeyd: İnvestisiya ilə bağlı suallarınızı *1234 və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar
Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət
Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı
lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi
investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya
xidmətləri üzrə fəaliyyət göstərməkdədir. Risk bildirişi: Yuxarıda göstərilən məlumatlar tamamilə
tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək
risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən
məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə
heç bir məsuliyyət daşımır.