vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 mart 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ELM-TEXNİKA  
İnternet ləğv olunacaq 18:47 | 21 fevral 2014 | Cümə Məqaləyə 2039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnternet ləğv olunacaq

Yeni sistemdə provayderlərə və modemlərə ehtiyac qalmayacaq

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Gələn il OUTERNET beynəlxalq həcmli layihə reallaşmağa planlaşdırılıb. Layihənin Web səhifələrə yol açan ümumdünya sistemiylə adı oxşardır. Və o oxşar məqsədlər üçün istifadə olunacaq. Əsas fərq – öyrəşdiyimiz İnternetlə müqayisədə - eyni və tamamilə pulsuz Wi-Fi siqnalı dünyanın hər bir sakininə əlçatan olacaq. Bu siqnalın mənbəyi yerdə yox, kosmosda yerləşəcək.

«OUTERNET» - wi-fi ruterlərin (router) analoqu olan amma çox həcmli və bütün dünyanı əhatə edən və qoşulmaq üçün parol tələb etməyən sistemdir.

Media İnkişaf İnvestisiya Fondu (Media Development Investment Fund) bir dəqiqə içində bütün dünya üzrə internet provayderlərin biznesini «öldürmək» qərarına gəldi. Yer kürəsinə yaxın olan orbitə çox miqdarda peyklər buraxılmağa planlaşdırılır, və onlar wi-fi-yı olan hər bir istifadəçiyə pulsuz internet verəcək. Bu həcmli OUTERNET layihəsi «datacasting» texnologiyasına əsaslanacaq. Peyklər, kosmosu araşdıran Yer kürəsinin süni peykləri CubeSat formatında olacaq.

Kosmik aparatların hərəsi dünyanın hər tərəfində yerüstü stansiyalardan siqnal qəbul edəcək.