11:57 | 5 iyun 2013 | Çərşənbə
Məqaləyə 2061 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur boksçusu Maykl Tayson ABŞ televiziyalarının birinə maraqlı və səmimi etiraflar edib. Apasport.az saytının məlumatına görə, ağır çəkili dünya çempionu zirvəyə yüksəldiyini, lakin 1992-ci ildə 18 yaşındakı gözəllik kraliçası - Desiriyə Vaşinqtonda təcavüz edib, 3 il 6 ay həbs cəzası çəkdiyi dövrlərdə dəyişdiyini bildirib.
Tayson televiziyada həbsxana həyatından danışıb: “Həbsxanada olduğum müddətdə də, lüks bir yerdə qalırdım. Sadəcə çöldəki kimi deyildi. Yeməyim vardı, istədiyim hər şeyə sahib olurdum. Orada qız dostlarım belə vardı”.
