vaxtlı-vaxtında oxuyun! Cümə, 3 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SOSİAL  
İşbazlar iş başında 13:10 | 12 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1951 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşbazlar iş başında

“Bazarlarda qiymətlər indidən qalxıb”

MÖVZU İLƏ ƏLAQƏLİ

Deputat Əli Məsimli ölkədə minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib.

Deputat əvvəlcə minimum əməkhaqqının artırılması məsələsini müsbət qiymətləndirib: “Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə də, süd məhsullarının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə də işbazlar qiymət qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyatı strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”.

Millət vəkili Vahid Əhmədov isə çıxışında banklar və problemli kreditlər məsələsini qaldırıb. O qeyd edib ki, bu gün məhkəmələrdə kreditlərlə bağlı 200 mindən artıq iş var: “Bunların da böyük əksəriyyəti dollar kreditləri ilə bağlıdır. Prezident əmanətlərin tam sığortalanması haqqında qanunun müddətini bir il uzatdı. Mən çox istərdim ki, cənab prezident bu məsələni də nəzarətinə götürüb, problemin həlli üçün qərar verərdi”. (“Qafqazinfo”)