Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
10:28 | 5 mart 2019 | Çərşənbə axşamı
Məqaləyə 2343 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstanda NATO ölkələrinin iştirakı ilə baş tutacaq hərbi təlimlərdən dolayı narazılıq edib.
Karasinin fikrincə, təlimlər regionda gərginlik yaradacaq: “Bizi Gürcüstanın NATO gündəliyi və bu alyansa sürətlənmiş şəkildə üzv olmaq planları narahat edir. Bu həm bizim münasibətlərimizdə, həmçinin, Cənubi Qafqaz regionunda nevroz vəziyyət yaradır. Biz dərhal bu barədə dedik. NATO-nun genişmiqyaslı təlimləri, o cümlədən Azərbaycanı və Ermənistanı da bu təlimlərə cəlb etmək istəyi optimizm yaratmır”.
Rusiyanın narahatlığı onun iddiaları ilə real gücü arasında xeyli fərqlər, qeyri-mütənasibliyin olması ilə bağlıdır: “Fövqəldövlət iddiaları ilə çıxış edən Rusiya bu gün artıq öz bilavasitə hüdudlarında NATO ekspansiyası ilə üzləşib. NATO artıq çoxdan “soyuq müharibə” dövründə Rusiya ilə aralarında “sanitar kardon” olan Şərqi Avropanı keçib və Rusiyanın sərhədlərinə doğru irəliləyib. Təbii ki, NATO genişlənməni müəyyən strategiya, konsepsiyalar əsasında həyata keçirir və Gürcüstandakı təlimlər də onun tərkib hissəsidir. Ümumiyyətlə, NATO-nun yarandığı 70 ildən bəri Alyansın strateji yanaşmasının dəyişdiyi 3 əsas dövrü göstərə bilərik: “soyuq müharibə”, “soyuq müharibə”dən sonrakı dövr və 11 sentyabr hadisələrindən sonra yaranmış təhlükəsizlik mühiti. 1949-1991-ci illər NATO-nun əsas strategiyası müdafiə və qarşısıalınma idisə, 1991-ci ildə sosialist sisteminin çökməsindən sonra sosialist düşərgəsi ilə əməkdaşlıq konsepsiyasına üstünlük nəticədə bəzi ölkələrin təşkilata üzv olmasına, bəzilərinin isə, məsələn, Gürcüstan kimi potensial üzvlüyə namizəd olaraq fəal tərəfdaşlıq proqramlarına cəlb olunmasına səbəb oldu”.
NATO-nun mövcud konsepsiyası 2010-cu ildə 10 illik müddət üçün qəbul edilib: “Bu, "Fəal iştirak, müasir müdafiə" konsepsiyasıdır və 2020-ci ildə reallaşdırılması başa çatacaq. Mümkündür ki, 2020-ci ildən sonra NATO-nun qəbul edəcəyi yeni konsepsiyada Gürcüstana, eləcə də Ukraynaya xüsusi yer ayrılsın və Rusiyanı narahat edən budur. Çünki NATO Qara dəniz akvatoriyasını, ümumilikdə, öz maraq dairəsi kimi qəbul edir.
NATO-nun adıçəkilən konsepsiyasındakı 3 əsas müddəadan biri də əməkdaşlıq vasitəsilə təhlükəsizliyin təmin olunmasıdır ki, NATO-Gürcüstan əməkdaşlığı bunun əsasında həyata keçirilir”.
Karasinin narahatlığı, ümumilikdə, Rusiyanın maraq dairəsi hesab etdiyi regionlara NATO-nun iddialarına qarşı narahatlığın ifadəsidir: “Lakin NATO-da Gürcüstanın üzvlüyünə münasibət yekdil deyil, bəziləri buna etiraz edirlər. Rusiya “Gürcü arzusu”na dəstək verməklə, Gürcüstanda Amerikayönümlü qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını, müvəqqəti də olsa, ala bildi. Lakin 2020-ci il Gürcüstan üçün həlledici olacaq. Ölkədə həm real hakimiyyəti əlində cəmləşdirən parlament seçkiləri keçiriləcək, eyni zamanda, NATO-nun yeni konsepsiyasının qəbulu gözlənir. Bu baxımdan, Gürcüstan ABŞ, AB və Rusiyanın, sözün həqiqi mənasında, savaş poliqonuna dönəcək.
Bu halda, Azərbaycanın NATO-ya üzvlük iddialarının olmaması, Qoşulmayanlar hərəkatının üzvü olması onu çəkindirici mövqedə qərarlaşdırır və Rusiya-NATO qarşıdurmasından kənarda saxlayır.
Azərbaycanın NATO ilə münasibətləri Gürcüstanla Alyans arasındakı münasibətlərdən tamamilə fərqlənir və Rusiya tərəfindən Gürcüstana göstəriləcək təzyiqlər Azərbaycanı gözləmir. Azərbaycan NATO-ya üzvlük iddiası ilə çıxış etsəydi, şimaldan Rusiya və cənubdan İranın böyük təzyiqlərinə məruz qalardı. Odur ki, indiki şəraitdə bitərəf qalma siyasəti doğru mövqedir. Lakin Gürcüstan bizim strateji tərəfdaşdır və onun Rusiyanın təzyiqlərinə məruz qalması Azərbaycan üçün də xoşagəlməz haldır”.