Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
13:11 | 9 fevral 2022 | Çərşənbə
Məqaləyə 533 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirib. Sorğunun nəticələrinə görə ermənilərin yarısına qədəri Türkiyə ilə əlaqələrin qurulmasından ehtiyat edir. Həmin ermənilərinin fikrincə, Ankaranın “erməni soyqrımını” tanıması və Qarabağ məsələsində neytral mövqedən çıxış etməsi halında Ermənistanın Türkiyə ilə münasibətlər qurması mümkün ola bilər.
Müharibədə məğlub olublar, gələcəkləri şübhə altındadır, yenə də qonşularıyla “şərtlərin diliylə” danışırlar. Maraqlıdır ki, Ankara – İrəvan dialoq başlasa da, sorğuya qatılanların 90 faizi Ermənistan üçün nə böyük təhlükənin Türkiyənin olduğunu bildiriblər. Soğruya qatılan ermənilərin 77 faizi Azərbaycanı Ermənistan üçün təhlükə sayıb. Ermənistan müharibədə Azərbaycana məğlub olub, iki ölkə arasında gərginlik davam edir, ancaq ermənilərin əksəriyyəti Türkiyəni Ermənistan üçün Azərbaycandan daha təhlükəli hesab edirlər. Buna baxmayaraq, təhlükəli adlandırdıqları ölkə ilə sərhədləri açmaq, diplomatik münasibətlər qurmaq və alış-verişə başlamaq istəyirlər. Bu da başqa nonsensdir.
Sorğunun Qarabağla bağlı da hissəsinə aid cavablar göstərir ki, ermənilər hələ də xülya ilə yaşayırlar. “Qarabağ problemi necə həll olunmalıdır” sualna verilən cavablar içərisində iki variant diqqəti cəlb edib: “Ermənistana birləşdirilməlidir – 16 faiz”, “Rusiyaya birləşdirilməlidir - 11 faiz”.
“Ermənistana birləşdirilməlidir” bağlı sayıqlama köhnədən var. Ancaq “Rusiyaya birləşdirilmə” mövzusu yenidir. İkinci Qarabağ müharibəsindən əvvəl ermənilərin heç biri “Qarabağın Rusiyaya birləşdirilməsi” haqqında danışmazdı. Arxayın idilər ki, işğal ömürlükdür. İndi isə ermənilərin bir qismi baş nazirləri Nikol Paşinyan kimi anlayıblar ki, Qarabağ artıq onlarlıq deyil, məsələni “Rusiyaya yükləmək” lazımdır.
Kreml Rusiya ətrafındakı bütün separatçıları özününkü sayır. Rusiya hərbçilərinin Qarabağda varlıqları cəmi bir ildən bir az artıq müddəti əhatə etsə də, onların iştirakı ilə onlarla təxribat faktını qeydə almışıq və bunun sonu görünmür, elə bu günlərdə separatçıların lideri Araik Arutunyanı yenidən Moskvaya çağırıblar. Belə olan halda “11 faizin” haradan yarandığı aydın olur.