vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
Təbriz Universitetində aksiya 16:38 | 16 fevral 2022 | Çərşənbə Məqaləyə 963 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbriz Universitetində aksiya

Elmi heyəti və müəllimlər üzləşdikləri problemlərə görə etiraz edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbrizin “Şəhid Mədəni” Universitetinin elmi heyətinin üzvləri və müəllimləri üzləşdikləri çətinliklərə etiraz olaraq aksiya keçiriblər. Aksiyada çıxış edən Universitetin başçısı doktor Həsən Vəlizadə Proqram və Büdcə Təşkilatının onlara qarşı yaratdığı çətinliklərdən danışıb.

O, vurğuladı ki, heç bir şəxs öz zövqü və istəyinə görə Universitet müəllimləri. ölkənin elm adamlarına nəyisə diktə edə bilməz.

Vəlizadə cari günəş ilində müəllimlərin və Universitet heyətlərinin rütbələndirmə və təsnifatlandırma qanununun icra olunmamasından narazılıqlarını bildirib.

Bundan öncə fevralın 6-da Təbriz Universitetinin müəllimləri etiraz aksiyası keçirərək çox sayda müəllimə əmək haqqı vermək öhdəliyinin pozulduğunu, maliyyə çatışmazlığı səbəbindən onların əmək haqları və müavinətlərinin 30 faiz azaldıldığını demişdilər.

Universitet müəllimləri inflyasiyanın 44 faizə çatdığı və ölkədə milyonlarla insanın yoxsulluq içində yaşadığı bir vaxtda belə bir hərəkətin baş verməsini pisləyib, bunu təhqiramiz və qanuna zidd adlandırıblar.