vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
REGİON  
Hərbi təyyarə məktəb divarına çırpıldı 14:21 | 21 fevral 2022 | Bazar ertəsi Məqaləyə 568 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərbi təyyarə məktəb divarına çırpıldı

İran ordusuna məxsus qırıcı Təbrizdə qəzaya uğradı

MÖVZU İLƏ ƏLAQƏLİ

İran ordusuna məxsus “F-5” qırıcı təyyarəsi bir neçə dəqiqə öncə Təbriz beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, təyyarə İran ordusunun ikinci hərbi hava bazasından havaya qalxıb və Təbrizin İnqilab küçəsi yaxınlığında və orta məktəbin yaxınlığında qəzaya uğrayıb.

Təbrizin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, qırıcının pilotu, pilot köməkçisi və təyyarənin düşmə zamanı toqquşduğu minik avtomobilinin sürücüsü ölüb. Təyyarə Təbriz Astronomiya Bölgəsində yerləşən məktəbin divarına çırpılıb. Xoşbəxtlikdən COVİD-19 pandemiyası səbəbindən məktəb bağlı olub.

İran ordusu sözçüsünün məlumatına görə, olayda ölən hərbiçilərdən biri polkovnik, digəri isə kapitan olub. Qəzaya səbəb təyyarədəki texniki nasazlıq olub.