Solovyovun böyükləri
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
15:34 | 7 mart 2022 | Bazar ertəsi
Məqaləyə 1191 dəfə baxılıb
Şriftin ölçüsü
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Dünyanın ən böyük “freelancer” şəbəkəsi – “Upwork” birjası Ukraynaya təcavüzlə bağlı Rusiyada, həmçinin Belarusda fəaliyyətini dayandırdığını bildirib. Yeni qeydiyyat olmayacaq, köhnə müqavilələr 1 may tarixədək qüvvədə olacaq.
Bu qlobal birja müstəqil, sərbəst çalışanların, xüsusən də proqramçıların, dizaynerlərin və digər İT mütəxəssislərin sifarişlər aldığı əsas onlayn platformadır.
İlk baxışda bu adi bir sanksiya addımı kimi görünə bilər.
Amma statistikaya baxsaq görərik ki, Rusiyada 100 minlərlə İT mütəxəssis məhz bu birja üzərindən iş taparaq çalışırdı. Rusiyada yüz minlərlə müxtəlif sahələr üzrə mütəxəssisin pul qazandığı yeganə mənbə “Upwork” platformasıydı.
Birjanın Rusiya üçün bağlanması o anlama gəlir ki, 100 minlərlə Rusiyalı işçi bir anda işsiz qaldı.
Ağlasığmaz proseslər baş verir Rusiyanın əmək bazarında.
Ötən gün adını ilk dəfə eşitdiyim bir İT şirkət də Rusiyadan baş götürüb getdiyini bildirmişdi.
Heç yerdə adına rast gəlmədiyim bu şirkəti bir balaca qurdaladıqda məlum oldu ki, onun Rusiyada 9 min, Ukrayna və Belarusun hər birisində də 12 min İT mütəxəssisi çalışırmış. Demək, adi bir İT şirkətin sanksiyası ilə Rusiyada 10 minlərlə işçi bir anda işsiz qalır.
Mənim təxmini hesablamalarıma görə artıq yarım milyonadək İT mütəxəssis Rusiyada iş yerini itirmək təhlükəsi ilə üzləşib.
Doğrudur, Rusiya hökuməti İT sektorun dayanıqlığı, İT mütəxəssislərin köçünün və beyin axınının qarşısını almaq üçün təcili addımlar atır, hətta ağlasığmaz qərarlar da verir.
Amma bunların total və qlobal texnoloji basqı qarşısında, kütləvi işsizlik qarşısında təsirli və effektiv olacağı ağlabatan görünmür.
Düşünürəm ki, ölkədən çıxa bilən İT elita Azərbaycan, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya, Dubay regionlarına maraq göstərəcəklər.
Fikrimcə, hökumətimiz indiki situasiyanı dəyərləndirməli, münbit şərait yaratmaqla Azərbaycan İT bazarını Rusiyadan köç edənlər üçün maraqlı edə bilər.
Düşünürəm ki , Azərbaycanın İT və “startap ekosistemi”ni inkişaf etdirmək, ölkənin İT üzrə ixrac potensialını qaldırmaq üçün hazırda Rusiyadan köç edən İT elitasından səmərəli istifadə faydalı ola bilərdi .
Son müşahidələrim göstərir ki, Gürcüstan və Ermənistana Rusiyadan xeyli sayda insanlar köç edir.
Fikrimcə, indiki vəziyyətdə Ermənistan və Gürcüstanın Rusiya üçün İKT sahəsində HUB -a çevrilməsi bizim milli maraqlarımıza uyğun olmazdı.