Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
22:26 | 8 aprel 2022 | Cümə
Məqaləyə 1530 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna mənbələri bir video paylaşıblar. Orada Azərbaycanlı Elmir Əliyevin rəhbərlik etdiyi komandanın, onun “Bankoff” (bankoff.co) startapının rusiyalı vətəndaşlara sanksiyadan yayınmaq üçün kömək etdiyi vurğulanır.
İddia olunur ki, Elmir Əliyev və komandası kütləvi olaraq rusiyalılar üçün virtual bank kartları (“Visa”) hazırlayırlar.
Hansı ki, bu kartları əldə edən rusiyalılar ödəniş etməyə, pul köçürmələrinə, alqı-satqı etməyə imkan qazanır.
Bu isə o anlama gəlir ki, rusiyalılar “MasterCard” və “Visa”nın onlar üçün müəyyən etdiyi sanksiyalardan “Bankoff” vasitəsilə yayına bilirlər.
İlk öncə qeyd edim ki, Ukrayna tərəfinin yaydığı bu məlumatın nə dərəcədə doğru olmasını deməkdə çətinlik çəkirəm. “Bankoff” resursunu nəzərdən keçirdikdə görmək olar ki, buna imkanlar tam realdır.
Amma onu da vurğulamaq lazım ki, bu tip virtual kart verən şirkətlər çoxdur, startaplar xidmət üçün, kart üçün onlara müraciət edənlərin kimlər olmasına diqqət edə və etməyə də bilər.
Hər halda, əminəm ki startap rəhbərliyi dəqiq bilir ki, son bir ayda kart üçün müraciətlər haradan daha çox olub.
Düşünürəm ki, yayılan məlumatlarda Azərbaycanın adı hallandığından buna münasibət bildirmək doğru olardı.
Bununla bağlı aşağıdakıları bildirmək istərdim :
1. Əlbəttə, ilk baxışda görünür ki, burada hansısa kriminal yoxdur.
Bu, Elmir Əliyev və komandası üçün bir vicdan və bir biznes məsələsidir.
Bununla belə, fikrimcə komanda fərqində olmalıdır ki, Ukrayna üçün bu müharibə ədalətli müharibədir. Bu müharibədə yalnız Ukraynanın taleyi həll olunmur. 44 günlük müharibəmizdə bizim ərazi bütövülüyümüzə, ədalətli savaşımıza etinasız yanaşan qlobal şirkətləri biz də burada, ölkəmizdə qınaq etmişik. İndi Ukraynalılar bunu edir və bunun uğrunda vuruşurlar. İzlədiyim üçün deyə bilərəm ki, onlar bu məsələdə güzəştə getməyəcəklər və sonadək gedəcəklər. Beynəlxalq əlaqələri də hədsiz güclüdür.
Düşünürəm ki, bütün bunlar nəzərə alınmalı məsələlərdir.
Əlbəttə, bir də , vurğulamaq istərdim ki, komanda üçün bu vicdan məsələsidir, yalnız biznes üçün də çalışa bilərlər.
2. Hazırda ASAN-nın “İNNOLAND” Akselerasiya Mərkəzində yerləşən “Bankoff” startapının saytından görünür ki, şirkət ABŞ-da qeydiyyatdan keçib, “Stripe”, “Visa”, “GooglePay”, “ApplePay” və s. qurumlarla partnyorluq edir.
Düşünürəm ki, əgər Elmir Əliyev və komandası yayılan məlumatlarda qeyd olunan fəaliyyəti həqiqətən də ediblərsə və davam etdirirlərsə, onda adı çəkilən ABŞ şirkətləri tərəfindən bankoff.co startapına qarşı çox ciddi məhdudiyyətlər qaçılmaz olacaq.
Adi araşdırma ilə onlar son zamanlar virtual kartların kimlərə verildiyini, hansı sayda verildiyini asanlıqla müəyyən edə bilərlər.
Ukraynada çox böyük İT komanda bunkerdə oturub hazırda gecə-gündüz bu işlərlə məşğuldur, bütün yollarla ölkələrinin suverenliyini və ərazi bütövlüyünü qorumağa çalışırlar.
Qeyd etdiyim kimi, ukraynalıların beynəlxalq əlaqələri güclüdür və qlobal şirkətlər də onları eşidir.
Bu isə, əlbəttə, yeni fəaliyyətə başlayan startapımız üçün heç də yaxşı perspektiv vəd etmir.
3. Rusiyaya qarşı sanksiyalar getdikcə sərtləşdiyindən və ümumiyyətlə sanksiya məsələsi siyasiləşdiyindən “Bankoff” şirkətinin açıqlanan məlumatlara münasibət bildirməsi və öz partnyorlarını, Ukrayna startap ekosistemini də öncədən məlumatlandırması doğru olardı.