vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
100 il dəyişməyəcək rekord 23:57 | 7 mart 2014 | Cümə Məqaləyə 3126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

100 il dəyişməyəcək rekord

Messi fantastik məbləğə transfer oluna bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərənin «Mançester Siti» futbol klubu «Barselona» komandasının lideri Lionel Messini 200 milyon avroya almaq və ona 25 milyon avro illik məvacib təklif etmək niyyətindədir.

«Şəhərlilər» Messinin son vaxtlar Kataloniya klubundakı vəziyyətindən və yeni müqaviləyə dair danışıqların gedişatından narazı olmasından istifadə etməyə çalışırlar. «Barselona»nın indiki məşqçisi Herardo Martino bu yay klubu tərk edə bilər ki, bu da Messinin ürəyincə deyildir. 

Nəşrin yazdığına görə, futbolçu getdikcə daha çox tərəfdaşları tərəfindən tənqid obyektinə çevrilir. Onlar Messidən oyun və məşqlər zamanı daha çox «can yandırmağı» gözləyirlər.   Bildirilir ki, Fransanın «PSJ» klubu kimi «Siti» də artıq futbolçunun atası və agenti Xorxe Messiyə müraciət edib. Lakin varlılar üçün müəyyən olunmuş 75 faizlik vergiyə görə argentinalının Parisə köçməsi ağlabatan deyil. (AzərTac)