Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:40 | 5 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 778 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ermənistanın Aygepar kəndi sakinlərinin arasında dolaşan şayiələrə görə Rusiya bu kənddə yeni hərbi bazanın yaradılmasına başlayıb. Sovet vaxtı burada “Yak-40” təyyarələri üçün enmə-qalxma zolağı olub.
Ermənistanın Tavuş vilayəti Berd rayonunun Aygepar kəndində bir aydan çoxdur ki, qızğın tikinti işləri gedir.
Bu da xəbər verilir ki, 17 iyunda hökumətin bəyan edilməyən məsələləri arasında “Ermənistan ərazisində Rusiya hərbi bazasının dislokasiyasına dair” protokola 2 nömrəli düzəliş də vardı.
Hökumət saytında bildirilir ki, Ermənistan ərazisindəki Rusiya hərbi bazasının dislokasiya ünvanlarının dəyişməsinə dair protokola uyğun olaraq Rusiya tərəfinə yeni torpaq sahələri və daşınmaz əmlak verilir.
Bu sənədin əsaslandırılması barədə məlumatı Ermənistanın müdafiə naziri Suren Papikyan verib.
Onun sözlərinə görə bu barədə hökumət qərarı var, lakin sənəd hələ əsaslı şəkildə işlənməli və Milli Məclisdə ratifikasiya olunmalıdır.
Berd hava limanında aparılan tikinti işlərinə gəlincə isə, yerli sakinlər deyirlər ki, tikinti rəhbərlərinin arasında ruslar da var.
Bununla belə hökumətin açıqladığı məlumatda hansı torpaqlardan, burada Rusiyanın hansı sayda əsgərinin yerləşdiriləcəyindən, onların missiyasından söhbət getmir.
Berd icmasının başçısı Samvel Ovsepyan deyib ki, aeroport kəndin balansında deyildi.
Azatutyun yazır ki, Aygepar kəndi Azərbaycanın Tovuz rayonundakı Əlibəyli kəndinin 1 kilometrliyində yerləşir.
Yerli sakinlər bildirirlər ki, burada Rusiya bazasının olması əlavə təhlükəsizlik qarantiyaları yaradardı.
Kənd sakini Vaçe Kalantaryan deyib: “Adamlar ümid edirlər ki, sakitlik olacaq. Siz gözəl bilirsiniz ki, bu ən yaxın ərazidir. 30 ildir atəş altındadır. Tüfəngdən güllə atırlar gəlib bura düşür”.
Başqa bir kənd sakini – Hamlet Markaryan isə deyir ki, “belə yaxşıdır, o vaxt olduğu kimi müharibə, bombardman olmayacaq”.
Sərhədin bu sektorunda son Azərbaycan-Ermənistan toqquşmaları 2020-ci ilin iyulunda baş vermişdi.
O vaxt bir neçə gün ərzində Aygepar, Movses, Nerkin Karmiraxpur, Berd və Çinar məntəqələri iriçaplı silahlardan atəşə tutulurdu.
İki aydan sonra isə 44 günlük müharibə başlandı.