vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
“Bir qrup talan edir, bir qrup qanunu pozur” 13:24 | 19 sentyabr 2022 | Bazar ertəsi Məqaləyə 2139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bir qrup talan edir, bir qrup qanunu pozur”

Millət vəkili fars-molla rejimini tənqid etdi

TİMUR

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan Tehranda hicab qaydalarına əməl etmədiyi üçün İranın əxlaq polisi tərəfindən döyülərək öldürülən Məhsa Əmini hadisəsi barədə açıqlama verib.

“Bizim ölkəmizdə xalqın qızını saçının bir neçə teli göründüyünə görə tuturlar,  sonra da meyitini ailəsinə təhvil verirlər”, – deyə, Pezeşkiyan bildirib.

O, bir neçə misal çəkərək şah dövrünün indiki ilə müqayiüsədə daha çox ədalətli olduğunu deyib.

“Hazırkı hökumət dövründə bir qrup şəxs oğurlayır, bir qrup yeyir-dağıdır, digər qrupu qanunu pozur”, – deyə Təbrizin millət vəkili hakimiyyəti tənqid edib.