vaxtlı-vaxtında oxuyun! Bazar, 26 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
Fars-molla rejimi qeyri-farslara etibar etmir 17:12 | 15 oktyabr 2022 | Şənbə Məqaləyə 825 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejimi qeyri-farslara etibar etmir

Güney azərbaycanlı hərbçilərin həbsinə başlanılıb

TİMUR

MÖVZU İLƏ ƏLAQƏLİ

Həbs edilən daha bir güneyli hərbçinin kimliyi bəlli olub. Onun sentyabrın 20-də təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı deyilir.

İran İnsan Haqları Təşkilatı Arif Niyazi adlı hərbçinin Təbrizdə etiraz aksiyaları keçirildiyi zaman təhlükəsizlik məmurları tərəfindən həbs edilərək aparıldığını yazıb.

Onun ittihamları və harada saxlanıldığı barədə dəqiq məlumat əldə olmadığını bildirən təşkilat, Niyazinin ETTELAAT təcridxanasında ola biləcəyi ehtimalını irəli sürüb.

Qeyd edək ki, bununla yanaşı Ramin Behzad adlı başqa bir hərbi qulluqçuda saxlanılaraq Təbriz zindanına köçürülüb.

Bundan bir müddət öncə Təbrizdə yerləşən xüsusi təyinatlı qüvvələrin 121-ci briqadası və Mərəndin 321-ci briqadasının 19 azərbaycanlı zabit və hərbçisinin həbs edildiyi barədə məlumat verilmişdi.

Onların ittihamları barədə dəqiq açıqlamalar olmasa da, hərbçilərin nümayişçilərə qarşı repressiyalara qatılmadıqları üçün cəzalandırıldıqları ehtimal edilir.