Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:43 | 2 noyabr 2022 | Çərşənbə
Məqaləyə 1401 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
İndoneziyada bu ay “böyük iyirmilərin” zirvə toplantısı keçiriləcək. Toplantı öncəsi Vaşinqton Pekinin nəbzini yoxlamağa çalışır. ABŞ dövlət katibi Entoni Blinken çinli həmkarı Van Yi ilə telefonla danışıb. Məqsəd Pekinlə dialoqu davam etdirməkdir. Van Yi bundan əvvəl ABŞ-ın Pekindəki səfiri Nikolas Börnslə görüşüb.
Təmaslara baxmayaraq, ABŞ-ın Çinə qarşı sanksiyaları artıb. Prezident Co Bayden Çinin mikroçiplərinin ABŞ bazarından çıxarılmasını hədəf götürüb. Digər tərəfdən ABŞ süni intellekt sahəsində Çinlə əməkdaşlığı dayandırıb. Çünki Vaşinqton hesab edir ki, Çin ABŞ-dan əldə etdiyi texnologiyaları hərbi sahədə istifadə etməyə çalışır. ABŞ vətəndaşlarına süni intellekt sahəsində Çin şirkətləri ilə əməkdaşlıq qadağan edilib.
Beləliklə, iki ölkə arasında iqtisadi mövzuları müzakirə etmək üçün əsas qalmayıb. Diplomatların yeganə mövzusu Tayvanla bağlıdır. Çünki Çin Kommunist Partiyasının son qurultayında ölkənin və partiyanın lideri Si Tsinpin Tayvan adası üzərində nəzarəti bərpa etməyin vacibliyini bildirib.
Aydındır ki, Blinkenlə Yinin telefon söhbəti iki ölkə arasındakı gərginliyi azaltmayacaq. Hər ikisi telefon söhbətinin sonunda qısa bəyanatla kifayətləniblər. Hər halda Co Bayden İndoneziyada Si Tsinpinlə ikitərəfli görüş keçirəcək. Vaşinqton Pekini Tayvana qarşı hərbi gücdən istifadə etməməyə çağırır.
Pekin Vaşinqtonun siyasətindən narazıdır. Pekin hesab edir ki, ABŞ Çinə qarşı təzyiq siyasətindən əl çəkməlidir. Van Yi ABŞ səfirinin Vaşinqtonla Pekin arasında körpü qurmasında yardımçı olmasını istəyib. Münasibətlərin normallaşması Pekinin Tayvan siyasətindən asılı olacaq. Pekin Tayvana müdaxilə etmək planını işə salarsa qarşısında ABŞ-la yanaşı böyük koalisiya görəcək. ABŞ-ın formalaşdıracağı bu koalisiyada Böyük Britaniya, Yaponiya, Avstraliya, Hindistan və digər dövlətlər yer alacaqlar. ABŞ Avstraliyada nüvə başlığı daşıya bilən strateji bombardmançı təyyarələr yerləşdirməyi planlaşdırır. Bu məqsədlə Avstraliyada yeni hərbi bazalar tikiləcək. Bu çalışmaların 2026-cı ilə qədər yekunlaşdırılması planlaşdırılır. Bu Çinə işarədir ki, Tayvan adasını güc yolu ilə nəzarətə götürmək Çinə baha başa gələcək.