Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:15 | 3 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 1389 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
“Taxıl müqaviləsi Rusiyanın ondan uzaqlaşa bilməyəcəyi sistemli problemlərin bir modelidir”. Bunu Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, Rusiyanın taxıl müqaviləsini ləğv etməsindən sonra Ərdoğan Putinə hər şeyi izah edib: “Taxıl müqaviləsi yayda bağlandıqda, bu, qazanc üçün çox gəlirli bir addım kimi görünə bilərdi. Hamı bu müqavilədən razı və xoşbəxt görünürdü, yeni məhsul üçün anbarları boşaltmağa çalışan Ukraynanı müşahidə etdik. Türkiyə isə Rusiyadan qanuni olaraq 25 faiz endirimlə taxıl almaq imkanı əldə etdi. Və hər şey yaxşıdır dediyimiz anda, bir nüans diqqətdən qaçdı.
Moskvadan dedilər ki, aclığın qarşısını almaq üçün Ukrayna taxılı Avropaya gedir. Söhbət ondan gedir ki, Ukrayna Avropanın sabit və bahalı bazarında Rusiyanın yerini tutub və ruslar kasıb ölkələrə satdıqları taxılı türklərə 25 faiz endirimlə satmalı oldular. Taxılın haqsız bölüşdürülməsi, qiymətlərdəki fərq diqqətdən qaçmadı.
Ancaq bu mövcud sövdələşmədən imtina etmək və güc nümayiş etdirmək üçün çıxış yolu da deyil. Baxmayaraq ki, Rusiya taxıl dəhlizi razılaşmasından imtina etdi, bu qərar cəmi bir neçə saat qüvvədə qala bildi.
Ərdoğan görünür ki, Putinə zəng vuraraq izah etdi ki, Rusiyanın bu qərarı təxribatdır və o, hazırda dünyada Rusiyaya qarşı olan münasibəti rus həmkarına xatırlatmış olub. O da aydındır ki, Putin bu mesajı mükəmməl başa düşüb.
Beş yüz ildən artıq Rusiya tarixində bu ölkənin müxtəlif hökmdarları olub, güclü və zəif, istedadlı və orta səviyyəli, lakin heç kim Rusiyanı Vladimir Putin qədər alçaltmayıb”. (Milli.az)