İran nə İraq deyil, nə də Əfqanıstan?
Ölkədəki bütün millətlər bir himə bənddirlər
11:41 | 24 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 775 dəfə baxılıb
Şriftin ölçüsü
Ölkədəki bütün millətlər bir himə bənddirlər
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
İranın Azərbaycana münasibətdə, xüsusilə də ərazilərimizin işğal edildiyi zaman kəsiyində sərgilədiyi mövqe, həmçinin bu ölkənin dünyanın sivil dövlətlərinin idarəetmə modelindən fərqli yarıleqal, yarıməxfi təsisatlarının dövlət quruluşumuz əleyhinə fəaliyyətləri barədə mövcud olan və hətta çoxsaylı istintaq materiallarında, məhkəmə proseslərində təsdiqini tapmış faktlar bu molla rejiminə qarşı daim ehtiyatla yanaşmağımızı zəruri edir. Əslində ritorikanı, şüarçılığı bir kənara qoyub, İranın Azərbaycana münasibətini olduqca bəsit və dəqiq metodla müəyyənləşdirmək olar. İran hər zaman Azərbaycanın qarşısında olanların yanında yer alıb. Birbaşa olmasa da dolayısıyla...
Təkcə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı İranın uzun illər oynadığı ikrahdoğurucu oyunları, Xəzərin o tayındakı qardaşlarımızla aramıza nifaq salmaq cəhdlərini xatırlasaq, Tehran rejiminin bizə olan münasibətinin gerçək üzünü görə bilərik. İran klassik fars siyasətinin üslubuna uyğun olaraq, bir ölkənin güclənməməsi, ədaləti bərqərar etməməsi, qalib olmaması üçün əlindən gələni edir, sonra da qalibin yanında olduğunu görüntüləməklə məğluba revanş etmək üçün dəstək verir.
Türklərin hakimiyyətdə olduğu dövrlər istisna olmaqla, Əhəmənilərdən bu yana “Persiya” törəmələrinin siyasətində heç bir dəyişiklik baş verməyib. Pəhləvilər hakimiyyəti qəsb etdikdən sonra, bu siyasət daha qabarıq və daha aqressiv bir obraz alıb və bu gün formasını dəyişsə də mahiyyətini olduğu kimi saxlayır. Şübhəsiz ki, biz həmişə, hazırda İran adlanan ölkənin timsalında yaxın və səmimi bir qonşumuzun olmasını arzulamışıq. Amma mövcud dini-siyasi rejimin siyasətinin ana xəttini təşkil edən ariizm, panfarsizm dönəmində bunun mümkün olmayacağı gün kimi aydındır.
Firdovsinin “Şahnamə”sindən tökülən zəhər bu günə qədər də beyinlərdən silinməyib. Panfarsist siyasət bütün dost xalqların İranla münasibətlərinə ciddi maneə yaradır. “Fars idarə edir, türk döyüşür, qoruyur” kimi saxta, məkrli iddialar tarixdə nəhəng imperiyalar qurmuş bir millətin sələfləri üçün keçərli deyil və olmayacaq. Biz daha ədalətli idarə edirik. Minillərdən bu yana boy göstərən dövlətçilik tariximiz də bunu sübuta yetirir.