
Ayda su əldə etmək
Mikrodalğalı soba ideyası ilə işləyən cihaz astronavtlar üçün həyati problemi həll edə bilər
Mikrodalğalı soba ideyası ilə işləyən cihaz astronavtlar üçün həyati problemi həll edə bilər
İmmuniteti gücləndirir, təzyiqi aşağı salır, xoşbəxtlik hissini artırır
ABŞ-ın Aydakı kosmik gəmisindən səs yoxdur
2025-ci ilin ilk təbii hadisəsində Yerin kölgəsi peykini tamamilə örtəcək
Alimlər günəş istiliyinin zəlzələlərə təsirini qeyd edirlər
Yeddi planet eyni vaxtda görünəcək
Alimlər Yupiter və Saturnun bəzi peyklərinin də buradan gəldiyini düşünürlər
Alimlər 1300 qalaktikada sivilzasiya əlamətləri tapmaq ümidindədir
Yeni dəlillər Ayın maqma okeanı ilə örtüldüyünü aşkar edib
Alimlər yadplanetlilərin işarəsi olduğu düşünülən məşhur siqnalın sirrini açmağa yaxındır
İlk peyk gələn il orbitə buraxılacaq
Kosmik hava şəraitini proqnozlaşdırmaq əsas infrastrukturların təhlükəsizliyinə açar ola bilər
Güclü cərəyan dalğaları elektrik xətləri, sualtı kabellər, neft boruları və dəmir yollarına ciddi təhdiddir
Maqnit qasırğalarının yeri ilə bağlı şok edici tapıntılar ortaya çıxıb
Hansı cihazlar işləməyə bilər?
Günəş panellərinin effektivliyini 2 dəfədən çox artıra bilən kəşf
Alimlər yaxınlıqdakı ulduzun əvvəllər gözlənilməz şəkildə fırlandığını aşkar ediblər. Günəş, Yer və bir çox planetlərdən fərqli olaraq, ekvatorda və qütblərdə fırlanmasını eyni vaxtda tamamlamır. Ekvatorda fırlanmasını təqribən 24 günə tamamlasa da, sürəti ekstremallara doğru yavaşlayır və qütblərdə fırlanması 30 günə qədər davam edir.
Alimlər bunu ulduzun plazma şəklində olması ilə əlaqələndirirlər. İsti plazma Günəşin fırlanma sürətinə demək olar ki, paralel olaraq qütblərə yaxın və ekvatora düz bucaq altında səthə qalxır.
Cisimlərin bucaq impulsu, yəni fırlanmağa davam etməsi sabit qalır. Başqa bir qüvvə təsir edilmədikcə onun sürəti dəyişmir. Buna görə də, Günəşdə plazma hərəkətinin bölgədən bölgəyə dəyişkənliyinin müxtəlif yerlərdə fırlanma sürətinə təsir etdiyi təxmin edilir.
Fırlanma sürətində ulduzun kütləsi, kimyəvi tərkibi və yaşı kimi amillər də rol oynayır. Astronomlar digər ulduzların da plazma şəklində olduqları üçün Günəş kimi fırlandığını düşünürdülər. Lakin ulduzların uzaqlığı səbəbindən bunu dəqiqliklə müəyyən etmək mümkün olmayıb.
Bu yaxınlarda “Astronomy & Astrophysics” jurnalında dərc edilən bir araşdırma, nisbətən yaxın olan iki ulduzun fırlanmalarını araşdırıb.
Tədqiqatçılar “Fairborn” Rəsədxanasının ən azı 30 ildir izlədiyi iki ulduzu seçib və bu məlumatlar əsasında riyazi model yaradıblar.
Alimlər deyirlər ki, yaşı təxminən 50 milyon il olan ulduzlar 4,5 milyard yaşında olan Günəşin gənc versiyasına bənzəyir. Ulduzların fırlanma sürətləri yaşlandıqca yavaşlasa da, tədqiqatda iştirak edən göy cisimləri fırlanmalarını təxminən 1,5 günə tamamlayır.
Bu ulduzlar daha çox fırlanmanın araşdırılmasına imkan verdiyi üçün seçildi.
Elm adamları, Herakl bürcündə təxminən 115 işıq ili uzaqlıqda yerləşən “V889 Herculis” adlı ulduzun ən sürətli fırlanmasını 37-40 dərəcə paralellərdə etdiyini müəyyən ediblər. Ekvator və qütblər bu hissələrə nisbətən daha yavaş fırlanırdı.
Alimlər hətta kompüter simulyasiyalarına əsaslanaraq belə bir şeyi heç vaxt proqnozlaşdırmamışdılar.
Helsinki Universitetindən Mikko Tuomi rəhbərlik etdiyi tədqiqatla bağlı deyir: “Ulduzun fırlanmasında belə anomaliyalar görəcəyimizi düşünmürdük”.
“V889 Herculis”in fırlanma profilindəki anomaliyalar ulduz dinamikası və maqnit dinamoları haqqında anlayışımızın qeyri-adekvat olduğunu göstərir. Tədqiqatın digər ulduzu Hidra bürcündəki “LQ Hydrae” idi.
Tədqiqatçılar müəyyən ediblər ki, bu ulduz öz ekvatorunda və qütblərində demək olar ki, eyni sürətlə fırlanır.
“Günəş gənc olanda bu ulduzlardan biri kimi idimi? Bilə bilmərik, çünki spin profillərinin bu qədər fərqli olmasına nəyin səbəb olduğunu bilmirik”, – deyə Tuomi bildirib.
Ulduzların fırlanma mexanizmləri ilə bağlı suallara cavab vermək günəş partlayışlarını daha yaxşı başa düşmək üçün vacibdir.
Günəşin necə fırlanması onun maqnit sahəsinə və nəticədə baş verən partlayışlara təsir edir. Ulduzdakı partlayışların Yerdəki rabitəni pozmaq kimi nəticələri də var.
Tədqiqatçılar yeni hazırladıqları modeli digər ulduzlara da tətbiq etməyi planlaşdırırlar.
Biz elmi biliyin sərhədinə baxırıq. Nə tapsaq, elmdə yeni bir şey olacaq.