
Ötən bazar günü təəssüratları...
“Vitsin kimi göyərçinlərlə dostluq etməyi bacaran məşhur diktor - Rafiq Həşimov”
“Vitsin kimi göyərçinlərlə dostluq etməyi bacaran məşhur diktor - Rafiq Həşimov”
Azərbaycanda iqtidar və partiyalar arasında konstruktiv əməkdaşlıq
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
Dövlət televiziyasında yeni siyasi veriliş gözlənilir
Kotirovka sorğusu elan edilib
Qurum 3 kanala nəzarət edəcək
Ramiz Həsənoğlu AzTV-də direktor təyin olundu
Arif Alışanov bu dəfə yandı...
İki büro bağlandı, ikisinin isə təmsilçisi geri çağırılıb qovuldu
AzTV-də təmizləmələr başladı
Nağaraxana kəndindən başlayan Az.TV sədri Arif Alışanova sui-qəsd əhvalatı
Az.TV sədrini vurub dərəyə aşırmaq, bu da baş tutmayanda güllələmək planı...
Sabiq şöbə müdirinin Beynəlxalq Banka 50 milyon dollar kredit borcu olduğu deyilir; Fazil Məmmədovun 1 milyonunu qaytarmadığı iddiası və daha nələr...
Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbərini təkzib etdi
Prezidentin icra başçılarına verdiyi vaxt bu gün bitdi, işdən çıxarılan üç nəfərin siyahısına kimlər əlavə olunacaq?
«Hizmət» təşkilatının Azərbaycandakı baş nurçusu Elnur Aslanovun şəbəkəsinin ən fəal üzvü Orxan Əkbərov Fətullah Gülənlə Amerikada görüşəndən sonra daha çox imtiyazlara sahib olub.
gundeminfo.az-a daxil olan məlumata
əsasən prezidentlik iddiasında olduğu bildirilən Elnur Aslanovun bir nömrəli
adamı olan Orxan Ələkbərov 2012-ci ildə Amerika Azərbaycan Alyansının
Vaşinqtonda təşkil etdiyi şam yeməyində iştirak etmək üçün bu ölkəyə səfər
edib. Həmin vaxt o, tədbirə səbəbini demədən qatılmır. Hətta Azərbaycandan
gedən nümayəndə heyəti onu 2 gün axtarıb tapa bilmirlər. Yalnız iki gündən sonra
Elnur Aslanovun yaxın silahdaşı tapılır. Həmin vaxt sonradan məlum olur ki,
demə, Orxan Əkbərov öz xocası ilə görüşüb Elnur Aslanovun məlumatlarını
Fətullah Gülənə, eyni zamanda da Fətullah Gülənin mühüm mesajlarını Elnur
Aslanova çatdırmaq məqsədilə 2 gün müddətinə aradan çıxıbmış.
Diqqət etdinizsə, məhz həmin vaxtdan
sonra Azərbaycandakı nurçu şəbəkənin fəaliyyəti daha da güclənib.
Əgər bu fakt araşdırılarsa, o zaman çox
gizli mətləblərin üzə çıxmasının şahidi olarıq. Orxan Əkbərov özü həmin tarixdə
Amerikaya getdiyini saytlara verdiyi açıqlamasında təsdiqləyir. Və əlavə edir «burda
nə var ki?» Amma konkret olaraq demir, mən Fətullah Gülənlə görüşməmişəm.
Sadəcə nurçulara xas belə bir cavabla kifayətlənir: «Dediyiniz adda adam real
həyatda varmı?» Bu cavabın özü də nurçu şəbəkənin «şərəfə» layiq görülmüş
üzvünün, yəni Orxan Əkbərovun Fətullah Güləni mifləşdirməyi, əslində onun
əlçatmaz olduğuna işarə etməyidir.
Ölkəmizdə və ölkədən kənarda bu
şəbəkənin keçirdiyi çoxsaylı toplantılar və yığıncaqların sayının artması,
məqsədi və məramı yalnız və yalnız «hizmət» təşkilatının hədəflərinə daha tez
çatma olub desək yəqin yanılmarıq. Məhz AzTV sədri, millət; vəkili Arif
Alışanovun qızının həyat yoldaşı Orxan Əkbərov Elnur Aslanovun qeyri-hökumət
təşkilatlarında daha inamla irəliləyib. Bundan əlavə həm də onun təqdimatı ilə
şəbəkənin digər üzvləri Elnur Aslanov tərəfindən vəzifə və imtiyazlarla
mükafatlandırılıblar. Qeyd edək ki, Orxan Əkbərov Elnur Aslanova məxsus ASAİF
təşkilatının (Xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin
beynəlxalq forumu ) uzun müddət rəhbəri və həmtəsisçisi olub. Sonra isə o,
prezidentlik iddiasında olan və anası tərəfindən çox güclü siyasətçi kimi
təqdim edilən Elnur Aslanova məxsus Qarabağ Araşdırmalar Mərkəzinin
əlaqələndirmə şurasının sədri vəzifəsinə təyin olunur. ASAİF-in yeni sədri,
mətbuatda qanadlı oğlan kimi tanınan Ramin Həkimov da Orxan Əkbərovun yaxın
dostu kimi bu vəzifəyə gətirilib. Arif Alışanovun qızının həyat yoldaşı Orxan
Əkbərov həmçinin nurçularla dövlət kanalı arasında etibarlı bir körpü rolunu
oynayıb. Əldə etdiyimiz məlumata görə, məhz Elnur Aslanov bundan sonra AzTV-yə
demək olar ki, hər həftə gəlib, Arif Alşınovun kabinetində oturub, İbrahim
Məmmədov, Faiq Hüseynovda dəvət olunmaqla birlikdə siyasi planlar və təkliflər
üzərində işləyirmişlər.
Burda yeri gəlmişkən bildirmək lazımdır
ki, AzTV sədrinin müavini İbrahim Məmmədovun dayısı Azərbaycanda çıxan «Zaman»
qəzetinin baş redaktorudur. Bu qəzetin isə açıq-aydın nurçulara aid olduğunu
isə heç onların özləri də gizlətmir. Bütün bunlar isə onu deməyə əsas verir ki,
nurçu şəbəkə dövlətin strateji obyektlərində, konkret AzTV sədri Arif Alışanovun
kürəkəninin timsalında dövlət televiziyasında mövqelərini bir daha
gücləndiriblər.
Nurçuların əsas siması olan Orxan
Əkbərov əslən Şamaxıdandı, atası isə tanınmış müsavatçı olsa da, məhz Arif
Alışanovla qohum olandan sonra AzTV sədrinin köməyi ilə Nadir Əkbərov vəzifəyə
təyin olunub.
Bütün bu faktları təhlil edərkən isə bir
həqiqət ortaya çıxır: Azərbaycanın strateji dövlət qurumlarını nurçu şəbəkə
sarmaşıq kimi sarıyıb. Çünki Elnur Aslanovla Arif Alışanovun AzTV-də etdiyi
müzakirə və söhbətlərin məzmunun heçdə Azərbaycan prezidentinə sədaqətdən bəhs
etmədiyini sübuta yetirməyə ehtiyac varmı?!
gundeminfo.az-ın qeydi: Qeyd edək ki, bu informasiyanı bizə yollayan mənbə həmçinin də yazıda adıçəkilən Orxan Əkbərovla bağlı olaraq müəyyən şəxsi məlumatlar da verib. O.Əkbərovun Arif Alışanovla qohum olması, bu qohumluqdan öncə Prezident Administrasiyasında tanınmış şöbə müdirinin qızına nişanlı olması və sair. Lakin bildiririk ki, insanların şəxsi həyatı ilə bağlı informasiyaların yayımından birmənalı imtina edirik. Bu səbəbdən də həmin məqamları yayımlamırıq.