Neft bahalaşdı
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
14:37 | 7 aprel 2014 | Bazar ertəsi
Məqaləyə 1842 dəfə baxılıb
Şriftin ölçüsü
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək. Dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq. Con Kerrinin Ermənistanı ziyarət edəcəyi barəsində isə hələki ABŞ Dövlət Departamentindən heç bir açıqlama verilməyib. Ərdoğanın, Türkiyə və Rusiyanın Baş Qərargah rəisinin, Con Kerrinin Bakıya səfərləri ard-arda gəlir. Eyni zamanda regionda baş verən gərgin hadisələr fonunda ölkə başçısının Türkmənistana səfəri, İran prezidentinin isə Azərbaycana səfərinin gözlənilməsi nələrdən xəbər verir?
Hafta.az-a açıqlama verən politoloq
Zərdüşt Əlizadə hesab edir ki, bütün görüşlərin mərkəzində qaz ixracı dayanır:
«Ukraynada baş vermiş hadisələr Qərbi məcbur edir ki, Avropanın Rusiyadan qaz
sahəsində asılılığını azaltsın. Onlar bu məqsədə doğru ilk addım kimi qaz
mənbələrini axtarırlar. Doğrudur, Azərbaycan mövcud qaz mənbələrini Qərbə söz
verir. Lakin ölkəmizdəki qaz ehtiyatları çox azdır. Demək tələb olunur ki,
əlavə qaz mənbələri tapılsın. Bölgədə isə kifayət qədər qaz mənbəyi olan
ölkələr İran və Türkmənistandır. İran məsələsində Amerika mühafizəkar
mövqeyindən çəkinmir. Yəni onlar İran qazının Avropaya ixracını nədənsə,
özlərinə sığışdırmırlar. Bu onların aləmində özlərinə etdikləri cərimədir. Bu
baxımdan çalışırlar ki, Türkmənistan qazını Azərbaycanın çəkdiyi qaz kəmərləri
vasitəsi ilə Avropaya ötürsünlər. Beləliklə də bu yolla Rusiyadan asılılıq
səviyyəsi azalsın. Bu da çox mürəkkəb məsələdir. Çünki qaz kəməri Xəzər
dənizinin daxilindən çəkilməlidir. Xəzərin statusu isə tam şəkildə
müəyyənləşməyib. Azərbaycan, Rusiya və Qazaxıstanla öz münasibətlərini
aydınlaşdırsa da İran və Türkmənistana qarşı bu kimi addımlar atılmayıb. Buna
görə də Türkmənistandan Avropaya qaz satmağa hazır olsa da, üçüncü bir ölkənin
ərazisindən istifadə olunmasına razılıq vermir. Bu məsələnin həlli üçün Qərb
çox çalışır. Lakin Rusiya və İran fərqli mövqe nümayiş etdirir. Onlar bu
müqavilənin gerçəkləşməsini Xəzər üçün ekoloji baxımdan təhlükəli hesab
edirlər. Məlum məsələdir ki, burada əsas məqsəd ekologiya deyil. Bu
ziddiyyətlər İran və Rusiyanın öz qazını Avropa bazarına çıxarmaq istəyindən
irəli gəlir».
Politoloq bildirir ki, Con Kerri səfərinin mənası yoxdur. Çünki artıq Qərb, Ukrayna məsələsində Rusiyaya təsir etməməsi ilə özünə olan inamları itirib: «Ərdoğanın, Con Kerrinin səfəri və digər sadalananlar hamısı regional qaz probleminin həlli üçündür. Azərbaycan tərəfi bu məsələdə ziddiyyətli mövqedə deyil. Rəsmi Bakı açıq şəkildə bildirir ki, bizim üçün heç bir problem yoxdur. Sadəcə olaraq bu prosesdən Rusiya narazıdır. Müqavilənin gerçəkləşməsi nəticəsində isə Rusiya digər ölkələr kimi Azərbaycana da təzyiqlər edə bilər. Təbii ki, Qərb də Rusiyanın bu addımlarından Azərbaycanı qoruyacağına dair heç bir təminat verə bilməz. Rusiya istəsə, Ermənistana əmr verib Qarabağ müharibəsini başlaya, və yaxud da etnik qruplaşmaları qaldırıb separatizm yarada bilər. Azərbaycan hakimiyyəti də bunu başa düşərək bildirir ki, sizin qaz təhlükəsizliyiniz naminə ölkə mənafeyini zərbə altına qoya bilmərik. Buna görə də Con Kerri Bakıya səfər edərək, məsələ ilə bağlı danışıqlar aparmaq istəyir. Lakin artıq ona da heç kim inanmır. Çünki Ukrayna hadisələri göstərdi ki, Qərb Rusiyanın qarşısını ala bilmir, yaxud da almaq istəmir. Bu səfər uzun müddətli diplomatiyanın növbəti mərhələsidir. Con Kerrinin yadına bunu da salacaqlar ki, sizin enerji probleminiz var, bizim isə Qarabağ. Siz Ermənistana böyük köməkliklər etsəniz də Azərbaycan üçün heç nə etmirsiniz. Ölkə başçısının da Türkmənistana səfəri ehtimal ki, bu məsələlərlə əlaqədardır». (Hafta.az)