
“Kuk istefa etməlidir, dərhal”
Trampdan FED rəsmisinə çağırış
Trampdan FED rəsmisinə çağırış
Tramp sosial şəbəkəyə verdiyi möhləti uzadacaqmı?
Trampın təminatı Ukraynada uzlaşma prosesini sürətləndirir
Zelenskidən ABŞ liderinin qulağına xoş gələn ifadələr işlətməsi və onu tərifləməsi istənilib
Tramp Paueli yenidən tənqid etdi: “Lütfən, kimsə ona desin ki, ...”
Makron Putinin səmimiyyətinə inanmır
Tramp: “Qarşıdakı həftələrdə bunu anlayacağıq”
Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzi görüntü ilə bağlı açıqlama verdi
Mikrofonu açıq qalan Tramp Putinlə bağlı danışarkən yaxasını ələ verdi
Ağ Ev zirvəsindən çıxan 4 əsas nəticə
Tramp Zelenskini hər hansı güzəştə məcbur etməyib
ABŞ prezidentinin vəzifədə olduğu müddətdə ən aşağı göstərici qeydə alınıb
Tramp: “Hər kəs Rusiya-Ukrayna sülh ehtimalından çox məmnundur”
Zelenski: “Ukrayna sülh yolunda heç vaxt dayanmayacaq”
Tramp Zelenskini Ağ Evin qarşılayıb
Tramp və Putin arasında barış görüşməsi
“Rusiya ilə ciddi müzakirələr aparırıq”. Bu açıqlama ABŞ prezidenti Donald Trampa aiddir. ABŞ prezidenti bu müzakirələrin səviyyəsi və Putinlə təması nəzərdə tutub-tutmaması barədə başqa təfərrüatları barədə məlumat verməyib.
Günlər əvvəl Vaşinqtonda Rusiya vətəndaşlarının da ölümünə səbəb olan sərnişin təyyarəsi qəzası baş verəndə, Putinlə mövzunu müzakirə edib-etmədiyi sualına Tramp mənfi cavab verərək, birmənalı olmayan bəyanatla çıxış etmişdi. O, Putinlə bu mövzuda danışmadığını demişdi. O vaxt belə bir təəssürat yaranmışdı ki, Tramp Putinlə danışıb, amma mövzu bu olmayıb.
ABŞ prezidenti Rusiya ilə ciddi müzakirələr aparmaqdan danışmaqla, ola bilsin ki, özü ilə Putin arasında açıqlanmayan təmasların olması ehtimalını daha da artırıb. Digər tərəfdən, Tramp xeyli əvvəl öz komandasına Putinlə görüşün təşkili üzərində işləmək göstərişi verdiyini açıqlayıb. Bu o deməkdir ki, təmaslar olmalıdır, çünki təmaslar olmadan görüş təşkil etmək mümkün deyil.
Hər halda, mümkün Tramp-Putin görüşü, şübhəsiz, maraqlı olsa da, atmosfer baxımından sürpriz olmayacaq. Çünki Tramp və komandası ictimai rəyi həmin görüşün mümkünlüyünə uyğunlaşdırmaq üçün çox çalışıb. Ola bilsin ki, bu gün əsas sual məqsədi eyni ictimai rəyi prezidentlərin görüşünün hansısa konkret nəticələrinə uyğunlaşdırmaq olan prosesin hazırda davam edib-etməməsidir. Onların “masası”nda Ukraynanın yox, Avropanın taleyi məsələsinin olacağı şübhəsizdir.
Əlbəttə, bizi daha çox bütün bunların Qafqaza necə təsir edəcəyi maraqlandırır. Ehtimal etmək lazımdır ki, ötən ay Bakıda keçirilən yüksək səviyyəli Azərbaycan-Gürcüstan görüşündə də məhz bu məsələ əsas müzakirə mövzusu olub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda Azərbaycanla münasibətlərin böyük əhəmiyyət daşıdığını bəyan etdiyini nəzərə alsaq, güman etmək lazımdır ki, İrəvan Tiflisin təmasları zamanı üçtərəfli formatda müəyyən razılaşmalar vasitəsilə Qafqazda Tramp-Putin sövdələşməsi ilə bağlı, belə demək mümkündürsə, ən azı nazik “sığorta kəməri” yaratmaq təklifini qəbul etməkdən imtina edib.
Görünən odur ki, İrəvan bu sövdələşmə vasitəsilə Qafqazda AB-nin təsirini artırmaq variantına mərc edir. Bakı və Tiflisin İrəvanın bu hesablamasına qarşı effektiv cavab tədbirləri həyata keçirəcəyi istisnasızdır.