Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:14 | 8 fevral 2025 | Şənbə
Məqaləyə 600 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
İsrail Baş Naziri Netanyahunun ABŞ-a səfəri və Amerikanın ikinci dəfə seçilmiş yeni prezidenti Donalda Trampla görüşü diqqət mərkəzindədir. Bu görüş nəticəsində verilən bəyanatların səciyyəsi onu deməyə əsas verir ki, Trampın ilk xarici ölkə rəhbəri ilə görüşü uzun müddət diqqət mərkəzində olacaq. Çünki Ağ evin rəhbəri İsrailin Baş Naziri ilə görüşdə hələ uzun müddət polemikalara səbəb olacaq bəyanatlar səsləndirdi.
Netanyahunun Trampla görüşə hazırlaşması barədə xəbərlər çıxan kimi müzakirə olunacaq məsələlərin başında Trampın İranla bağlı qəbul edəcəyi qərarın olacağı gözlənilirdi. İsrail kütləvi informasiya vasitələri hər şeydən öncə bu məsələni ortaya çıxarırdılar. Benyamin Netanyahunun verdiyi bəyanatlar da İranla bağlı məsələnin bir nömrəli məsələ olduğuna işarə edirdi.
Trampla görüş bitdi. Ağ Ev rəhbəri müzakirə zamanı uyğun bildiyi məsələlər haqqında danışdı. Qəzza haqqında qəbul etdiyi qərarı açıqladı. Bu qərar dünya ictimaiyyətini şoka salmaqda davam edir. Bu planın nədən ibarət olduğunu hələ də təfərrüatlı bilən yoxdur. Çünki Tramp özü bu haqda yetərincə məlumat vermədi. Bəlkə bu layihə Trampın özü üçün də tam aydın deyil. O sadəcə fələstinliləri Qəzzadan köçürüb məkanı boşaltmaq istəyir. Amma boşalan yerin kimə veriləcəyi, kimin orada hakim olacağı hələ bəlli deyil. Məlum olmasa belə İsrailin Baş Naziri bu plana artıq narazılığını bildirmiş kimi görünür. Tramp ABŞ qoşunlarının Qəzzaya gətiriləcəyini bildirsə də, Netanyahu “Qəzza İsrailindir və oranı İsrail hərbçiləri qoruyacaq”, – deyir.
Netanyahunu narazı salan təkcə Trampın Qəzza ilə bağlı qəbul etdiyi qərar deyildi. Tramp İranla bağlı İsrail baş nazirini qane edən mövqe nümayiş etdirmədi və ya etdirmək istəmədi. Sanki Netanyahunu narahat edən ən ciddi məsələ İran məsələsi deyil. İranla bağlı müzakirələrin aparıldığı da məlum olmadı. Tramp Tehranla münasibətdə görüşə qədər səsləndirdiyi fikirləri təkrar etdi. ABŞ prezidentinin bu sakitliyi, İranla bağlı məsələlərə diqqət yetirməməsi Netanyahunun məyusluğunun səbəbi kimi qiymətləndirilir. Trampla görüşdən qabaq İsrailin Baş Naziri düşünürdü ki, Trampın “HƏMAS”la atəşkəsə nail olmaq haqqında çağırışına müsbət cavab verməsinin mükafatını İranla bağlı məsələlərdə alacaq.
“Trampın Ağ Evə qayıtması İranın təcavüzünü yatırmaq və onun nüvə silahı əldə etməsinə mane olmaq istəyənlərə böyük dəstək verir. Bu İsraili və Yaxın Şərqin fərqli olmasını istəyən hər kəsi ruhlandırır”, – deyə Netanyahu bildirmişdi. O, əsas müttəfiqi ilə əməkdaşlığın İsrailə regional səviyyədə “ciddi” nəticələr əldə etməyə imkan verəcəyinə əmin olduğunu ifadə etmişdi.
Bununla baş nazir yəqin ki, ABŞ-ın fəal yardımı ilə Tehranın hərbi yolla daha da zəiflədilməsini nəzərdə tuturdu.
“Şübhə yoxdur ki, İran nüvə silahı əldə edəcək”, – deyə Netanyahu əlavə edib: “Biz onları yavaşlatmışıq, lakin tamamilə dayandıra bilməmişik”.
İsrailin baş naziri ABŞ-a gedərkən İranın nüvə infrastrukturuna zərbə endirmək üçün icazə alacağına ümid edirdi. Lakin hələlik bu ssenariyə keçid əlaməti yoxdur.
Tramp İranla bağlı sosial mediada qeyd edir: “ABŞ-ın İsraillə birgə hərəkət edərək İrana zərbə endirəcəyinə dair xəbərlər çox şişirdilib”.
Bu xəbərdarlıq da deyəsən İsrailin ünvanına idi.