
300 milyard dollarlıq tarixi müqavilə
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
Süni intellekt əsas şərtləri sadaladı
Avropanın süni intellekt nəhənginə 1,3 milyard avroluq investisiya
Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
Ekspertlərdən super intellekt xəbərdarlığı
Ultra zənginlərin yeni hobbisi
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
Əvvəlki nəsildən 7,5 dəfə sürətli çipin qiyməti 3500 dollardır
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Almaniya polisi təhlükəsizlik kameralarında süni intellekt tətbiqinə başladı
“Google”un rezervasiya edən süni intellekti sınaqdan keçirilir
“Oğlumuzu intihara təşviq etdi”
Kaliforniyada yerləşən çip istehsalçısı “Nvidia”nın gəliri üç aylıq dövrdə illik müqayisədə 78 faiz artaraq 39,3 milyard dollara çatmaqla bazar gözləntilərini üstələyib.
“Nvidia”, 2025-ci maliyyə ilinin dördüncü rübü olaraq balans hesabatında nəzərə aldığı 26 yanvarda sona çatan üç aylıq dövr üçün maliyyə nəticələrini açıqlayıb.
Müvafiq olaraq, sözügedən dövrdə şirkətin gəliri 39,3 milyard dollara çatıb, başqa sözlə illik 78 faiz artıb.
Gəlirini əvvəlki rüb görə 12 faiz artıran “Nvidia”, keçən ilin eyni dövründə 22,1 milyard dollar gəlir əldə etmişdi.
Bazar gözləntiləri “Nvidia”nın bu dövrdəki gəlirinin 38,05 milyard dollar olacağı idi. 2025-ci maliyyə ilində “Nvidia”nın gəliri 114 faiz artaraq 130,5 milyard dollara çatıb.
Çip istehsalçısı cari rüb üçün gəlir gözləntisini 43 milyard dollar olaraq açıqlayıb.
***
“Nvidia”nın xalis mənfəəti də illik müqayisədə 80 faiz artaraq rübdə 22,1 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 12,3 milyard dollar olub.
“Nvidia”nın səhm başına qazancı 2024-cü maliyyə ilin dördüncü rübündəki 49 sentdən bu dövrdə 89 sentə yüksəldi.
Şirkətin mənfəəti də bazar gözləntilərini üstələyib.
***
“Nvidia” qurucusu və baş direktoru Censen Huanq maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamada “Blackwell” süni intellekt çipinə olan tələbatı "fantastik" adlandırdı.
“Blackwell AI” superkompüterlərinin geniş miqyaslı istehsalını müvəffəqiyyətlə sürətləndirdiklərini bildirən Huanq, birinci rübdə milyardlarla dollarlıq satış əldə etdiklərini söylədi.
Huanq, “Agent süni intellekt və fiziki süni intellekt ildırım sürəti ilə irəliləyir, ən böyük sənayelərdə inqilab edəcək növbəti süni intellekt dalğasına yol açır”, deyib.