Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
14:14 | 2 mart 2025 | Bazar
Məqaləyə 465 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
İndiki Ermənistanda Qarabağ erməniləri yerlidir, ya yox? Necə oldular ki, göz dağı oldular?
Ermənistanda 5 ildə baş verənlərlə barışmayan revanşist tayfanın daha böyük bir problemi var. Onlar Qarabağdan gedən ermənilərə qarşı yerli əhalinin davranışlarını qəbul etmək istəmir, bununla barışmırlar. Revanşistlər hələ də “Böyük Ermənistan” xülyası üfüləyən erməni diasporun siyasətinin Ermənistan sakinlərinə maraqlı olmadığını dərk etmək istəmirlər. “Twitter”dən Bakı ermənisi iliyinə qədər şovinist, separatçı, türk düşməni Anna Astvatsaturyan Ermənistanda başına gələnlərlə bağlı maraqlı şərh yazıb.
“Eyni şeyi Bakı erməniləri də yaşadı. Məni 11-13 yaşımda Bakı fahişəsi adlandırırdılar. Bu, Qarabağdan gələnləri Ermənistandan deportasiya etmədən qovmaq üçün siyasi taktikadır. Və işləyir. Məndə olan məlumata görə, Qarabağdan olanların 1/3-i Ermənistanı tərk edib”.
Onun bu paylaşımının altında başqa bir erməninin şərhi var. Həmin şəxs, bu gün Ermənistanda yerli ermənilərin “göz ağrısına” çevrilmiş Qarabağ ermənilərinə qarşı son dərəcə mənfi münasibətdən şikayətlənir.
“Sizə açıq sualım var, Anna Astvatsaturian Turcotte, necə oldu ki, “Ana” Ermənistan o zaman və indi, yəni bu gün Azərbaycandakı ermənilərin böyük əksəriyyəti üçün dırnaq içərisində “ana”, əslində isə pis ögey ana oldu? Bu münasibətin səbəbləri nələrdir? Bu, daxildən, erməni cəmiyyətinin dərinliklərindən qaynaqlanır, yoxsa bütün bunları sadəcə bayağı məqamlar kimi qələmə vermək olar? Yoxsa bəlkə bir-birini istisna edən bu nifrətin səbəbləri daha dərindədir?
Siz bu gün Qarabağ ermənilərinə qarşı siyasi taktikadan danışırsınız. Heç kimə sirr deyil ki, bu münasibət Ermənistan hakimiyyəti tərəfindən becərilir və tez-tez bəzi hökumətyönlü bloggerlər və təbliğatçılar tərəfindən səsləndirilir.
Bəs onda, 90-cı illərin əvvəllərində nə baş verdi? Siz şəxsən Ermənistanda belə alçaldılanda. Məni bir bakılı kimi alçaltdılar. Onlar yeniyetmə qızı aşağılayıblar. Heç kim səni bu şərhi yazmağa məcbur etməyib.

Mən özüm bakılı olduğum üçün Bakı ermənilərinə qarşı bu münasibətdən kifayət qədər əziyyət çəkmişəm. 12 il İrəvanın kənarında qaçqınlar üçün yataqxanada yaşamışam. Bütün bunları çox yaxşı xatırlayıram, hər şey gözümün qabağındadır. Bu, yerli ermənilərin bizə, bakılılara qarşı qəriblik, evsizlik, ümidsizlik hissi, soyuq, iyrənc münasibətidir.
Ermənistanda nə qədər Bakı ermənisi qaldı və niyə? Niyə işinizdə bu məsələləri qaldırmırsınız? Özünüzü yalnız bu şərhlə məhdudlaşdıracaqsınız, yoxsa bu problemi yüksək səslə səsləndirməyə cəsarət edəcəksiniz? Heç düşündünüzmü ki, sözdə ermənilərin birliyi tamamilə süni, təbii deyil, mücərrəd, həqiqətdən uzaq və qətiyyən real anlayış olmasa da, başqa sözlə, sadəcə olaraq, konkretlik və reallıqla qarşı-qarşıya gələndə həmişə partlayan sabun köpüyüdür? Bəs bütün bu yüksək vətənpərvər ifadələrin arxasında nə dayanır – əsl narazılıq, əsl nifrət və əsl qəzəb?
Biz Ermənistanda yad adamıq, onun övladı olmamışıq, çünki hər şey boşdur, saxtakarlıqdır... Yəni biz ögey anamızı ana deməyə davam edəcəyik ki, qonşular heç nə görməsin?”
“Bu mövzu da çox gündəmə gəlir. Mən hər gün onların hekayələrini eşidirəm və dərindən wzwlwr'm. Ürək parçalayır, amma daha çox... Bu, bizi zəiflədən bir çox şeylərdən biridir. Bizi yavaş-yavaş sındırırlar”.