
“Edam otağı”
Xankəndinin mərkəzindən tükürpədən görüntülər
Xankəndinin mərkəzindən tükürpədən görüntülər
Xankəndinin mərkəzindən tükürpədən görüntülər
Xankəndinin mərkəzindən tükürpədən görüntülər
Xankəndinin mərkəzindən tükürpədən görüntülər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım ediblər.
Mehriban Əliyevanın paylaşımında “Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, – sözləri qeyd olunub.
***
Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti genişmiqyaslı aktı – 31 mart soyqırımından 107 il keçir.
Bolşeviklərin xeyir-duası və dəstəyi ilə həyata keçirilən terrorlarda on minlərlə azərbaycanlı qətlə yetirilib.
1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılıb. 3 aprel tarixinə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə öldürülüb.
Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.
31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.
1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq isə erməni vəhşiliyinin miqyası barədə təsəvvürləri aydınlaşdırıb.