vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
SAĞLAMLIQ  
İflic olub və danışa bilmir 14:29 | 31 mart 2025 | Bazar ertəsi Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İflic olub və danışa bilmir

Populyar “müalicə” üsulu 18 yaşlı qadının həyatını məhv etdi

MEHİN

Bir qadının adi bel ağrıları səbəbiylə məşhur müalicə üsulu olan xiropraktora görüş təyin etməsi onun həyatını kabusa çevrib. Gənc qadın kürəyindəki ağrıları aradan qaldırmaq üçün həkimə getdikdən sonra iflic olub və danışma qabiliyyətini itirib.

ABŞ-dan kimya və biologiya məzunu olan 28 yaşlı Katlin Censen universiteti təzəcə bitirmişdi, iş üçün müraciət edir və gələcək üçün planlar qururdu. Lakin bel ağrısını aradan qaldırmaq üçün qəfil qərar onun həyatını dönməz şəkildə dəyişdi.

“The Daily Mail”ə istinadən bildirir ki, şiroterapist son vaxtlar məşhurlaşan “boyun fırlanması” texnikasını yerinə yetirdikdən sonra gənc qadın qəfil yerə yıxılıb və o, danışa və hərəkət edə bilməyib. Sonrakı müayinələr nəticəsində məlum oldu ki, bu hərəkət onun dörd əsas arteriyasını qoparıb, nəticədə beyin qanaması, insult və infarkt keçirib.

***

Son illər sosial mediada onurğa və boyun manipulyasiyası edən videoları böyük maraq doğurur. Xüsusilə “sümüklərin qırılması” olan videolar milyonlarla baxış toplayır. Bu populyarlıq şiroterapi müalicələrini daha geniş auditoriyaya təqdim etdi. Lakin ekspertlər xəbərdarlıq edir ki, bu cür təcrübələr ciddi risklər daşıyır.

***

Həkimlər şiroterapi təcrübələrinin bəzi hallarda faydalı ola biləcəyini bildirsələr də, xüsusilə boyun manipulyasiyalarının ölümcül ola biləcəyi barədə xəbərdarlıq edirlər. Mütəxəssislərin fikrincə, bir səhv hərəkət damarların qopmasına səbəb ola bilər, nəticədə insult və ya ölümlə nəticələnə bilər.

Belə hallardan ən diqqət çəkənlərdən biri 34 yaşlı “Playboy” modeli Keti Meyin faciəvi ölümüdür. Fotosessiya zamanı boynunu zədələyən Mey xiropraktik müalicədən sonra damarın yırtılmasından dünyasını dəyişib.

***

Şiroterapi müalicəsi, əl manipulyasiyaları vasitəsilə dayaq-hərəkət sistemindəki sağlamlıq problemlərini aradan qaldırmağa çalışan, onurğa və sinir sisteminə diqqət yetirən alternativ tibb təcrübəsidir. Şiroterapi müalicəsini həyata keçirən şəxsə şiroterapist deyilir.

Bu müalicənin məqsədi sinir sistemindəki balanssızlıqları düzəltmək yolu ilə orqanizmin özünü sağaltma potensialını stimullaşdırmaq və sağlamlığı yaxşılaşdırmaqdır. Mütəxəssislərin şiroterapi müalicəsi almaq istəyənlərə tövsiyəsi aydındır: “Şiroterapi həkiminizin lisenziyalı olub-olmadığını yoxlayın və boynunuzu müalicə etməzdən əvvəl iki dəfə düşünün...”