Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
23:37 | 3 aprel 2025 | Cümə axşamı
Məqaləyə 223 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Bakıda məhkəməsi davam edən 16 erməni separatçısından biri də David İşxanyandır. Kimdir bu quldur?
David İşxanyan Birinci Qarabağ müharibəsində batalyon komandiri olub. 30 il davam edən işğal dövründə qondarma “dqr”-nın “siyasi lider”lərindən biri kimi tanınıb.
D.İşxanyan, həmçinin, Erməni İnqilabi Federasiyasının – “Daşnaksütyun” partiyasının ən fəal üzvlərindən biri idi.
“Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” olan D.İşxanyan bir daşnak kimi Azərbaycan xalqına dərin nifrət bəsləyib, qatı türkəfob olub.
2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı bizim Xüsusi Təyinatlılarımız bu canini də yaxalayıb qandallayaraq Bakıya gətiriblər.
Aprelin 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində David İşxanyan dövlət ittihamçısının “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün məqsədi” barədə sualını cavablandırarkən həqiqəti etiraf edib.
Belə ki, “Daşnaksütyun” partiyasının fəal üzvlərindən biri olduğunu deyən D.İşxanyan suala cavabında bildirib ki, “strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”.
David İşxanyan Birinci Qarabağ müharibəsi zamanı qondarma rejimin “ordu”sunun idarə olunmasının Serj Sərkisyan və Samvel Babayan tərəfindən həyata keçirildiyini bildirib.
O, həmçinin Birinci Qarabağ müharibəsi zamanı tabor komandiri olaraq Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Ağdamda Azərbaycan hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib və Monte Melkonyana tabe olduğunu bildirib.
“Xocavənddə 8 tabor var idi, mən də onlardan birinin komandiri idim. Səkkiz tabor rayonun “müdafiə xətti”nə tabe idi, onun rəhbəri Monte Melkonyan, “ordu”nun komandiri isə Samvel Babayan idi”, – deyə D.İşxanyan bildirib.
O, sıradan bir erməni millətçisi olmayıb. Azərbaycan ordusuna qarşı döyüşdüyünə görə İşxanyana Ermənistan rəhbərliyi tərəfindən “Döyüş xaçı” ordeni də verilib.
İşxanyan qondarma rejimin “parlament sədri” olduğu dönəmdə Rusiya, İran, Fransa, ABŞ və Avropa ölkələrinin parlament rəhbərlərinə açıq məktublar göndərərək, onları Azərbaycana təzyiq göstərməyə çağırıb.
D.İşxanyan Ruben Vardanyanla da ünsiyyət qurduğunu, müzakirələr apardığını bildirib.
Göründüyü kimi erməni separatçıları 30-35 il ərzində Ermənistandan və Kremldən idarə olunmaqla əsl mütəşəkkil terror şəbəkəsi kimi fəaliyyət göstəriblər.
İşxanyanın etirafları təkzibolunmaz faktlardır. Onun və digər separatçı-terrorçu ünsürlərin etirafları Moskvanın və İrəvanın Azərbaycan torpaqlarının işğal edilməsindəki rolunu yavaş-yavaş gün üzünə çıxarır.
Başqa sözlə desək, bütün yollar İrəvan və Moskvaya aparır...
(ardı var)