vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 7 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAĞLAMLIQ  
Ən çox qadınlardır 10:18 | 6 aprel 2025 | Bazar Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ən çox qadınlardır

Depressiya səbəbiylə xəstəxanada yatanların sayı artır

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada depressiya şikayətləri ilə xəstəxanalarda stasionar müalicə alanların sayında əhəmiyyətli artım aşkar edilib. 20 ildə xəstə sayının 77 faiz artdığına diqqət çəkən Federal Statistika İdarəsi, bu xəstəlik sayının getdikcə daha çox artdığını açıqladı.

Açıqlamaya görə, 2023-cü ildə təxminən 261.200 xəstə depressiya səbəbiylə xəstəxanada müalicə alacağı halda, bu rəqəm 20 il əvvəl təxminən 147.800 olub.

Stasionar depressiya müalicəsinin sayı ardıcıl üçüncü il yüksəlir – 2022-ci illə müqayisədə 3,6 faiz artıb. Bununla belə, bu statistika koronavirus pandemiyasından əvvəlki səviyyədən aşağı qalıb. 2019-cu ildə təqribən 264 min depressiya halı qeydə alınmışdı.

***

Almaniyada psixi xəstəlik və davranış pozğunluqları səbəbindən xəstəxanaya yerləşdirilən 1 milyon xəstənin təxminən dörddə biri depressiyadan müalicə olunur. Statistika İdarəsinin məlumatına görə, depressiyadan xəstəxanada müalicə alan xəstələrin 61 faizi qadınlardır. Bunu təqribən 232,800 (22 faiz) ilə alkoqolla əlaqəli psixi xəstəliklər və davranış pozğunluqları izləyir. Təkrarlanan depressiv pozğunluq ən çox rast gəlinən diaqnoz kimi qeyd edilir. 2023-cü ildə 160 500 xəstə bu səbəbdən müalicə alıb. 100.800 insan ilk dəfə depressiv hal keçirdikləri üçün xəstəxanaya yerləşdirilib. 2023-cü ildə təkrarlanan depressiv pozğunluqlar üçün orta müalicə müddəti 39,2 gün idisə, bu müddət ilkin vəziyyət üçün 32,3 gün, ruhi xəstəliklər və davranış pozğunluqları üçün isə ümumilikdə 24,5 gün olaraq qeyd olunur.