Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
18:57 | 9 aprel 2025 | Çərşənbə
Məqaləyə 159 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Avropa Birliyi (AB) üzv ölkələr ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi 25 faizlik tariflərə görə gələn həftə ilk əks tədbirləri həyata keçirməyə qərar verib.
AB Komissiyası ABŞ-ın AB-dən polad və alüminium idxalına gömrük rüsumları tətbiq etmə qərarına qarşı hazırlanan tədbirləri ehtiva edən təklifin üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqlayıb.
“Bu gün AB-yə üzv ölkələr Aİ Komissiyasının ABŞ-a qarşı ticarət tədbirləri tətbiq etmək təklifini dəstəkləyiblər”, – deyə məlumatda bildirilir.
Açıqlamada bu tədbirin ABŞ-ın AB-dən idxal edilən polad və alüminium məhsullarına gömrük rüsumları tətbiq etmə qərarına cavab olaraq qəbul edildiyi, ABŞ-ın gömrük rüsumlarının ədalətsiz və zərərli olduğu, hər iki tərəfə və dünya iqtisadiyyatına iqtisadi ziyan vurduğu vurğulanıb.
Bəyanatda AB-nin ABŞ ilə balanslaşdırılmış və qarşılıqlı faydalı danışıqlar prosesi vasitəsilə nəticə əldə etməyə üstünlük verdiyi qeyd edilib.
Qarşılıqlı tədbirlərin Komissiyanın daxili prosedurları tamamlandıqdan və icra qanunu dərc edildikdən sonra qüvvəyə minəcəyi bildirilən bəyanatda, “Vergilər aprelin 15-dən toplanmağa başlayacaq”, – deyilir.
Bəyanatda ABŞ-la ədalətli və balanslaşdırılmış danışıqlar nəticəsində görülən əks tədbirlərin dayandırıla biləcəyi xatırladılıb.
Vergilərin qüvvəyə minməməsi üçün üzv dövlətlərin ixtisaslı əksəriyyəti vergilərin əleyhinə səs verməli idi.
AB-nin ABŞ-a qarşı cavab tarifləri bu il üç mərhələdə həyata keçiriləcək. İlk tarif paketi aprelin 15-dən, qalan rüsumlar isə mayın 16-dan qüvvəyə minəcək. Soya və fındıq kimi bəzi digər məhsullara idxal rüsumları dekabrın 1-dən başlayacaq.
AB Komissiyası təklifi çərçivəsində ABŞ-a qarşı ümumi dəyəri 26 milyard avro olan cavab tədbirlərinin siyahısını hazırlamışdı. Siyahıya qarğıdalı, buğda, arpa, düyü, motosiklet, quşçuluq, meyvə, ağac və geyim də daxil olmaqla geniş çeşiddə məhsullar daxil idi.
AB bu məhsullara 25 faiz rüsum tətbiq edəcək.
AB həmçinin ABŞ-dan burbon viski idxalına əlavə vergilər qoymağı planlaşdırırdı. ABŞ prezidenti Donald Tramp buna sərt reaksiya verib və cavab olaraq AB-dən spirtli içkilərə 200 faiz vergi tətbiq edəcəyini bəyan edib. Bu mərhələdə AB tərəfi burbonu öz siyahısına daxil etməyib.
Brüssel ABŞ-ın avtomobillərə 25 faiz rüsum və bütün AB mallarına 20 faiz ümumi vergi tətbiq etmək qərarına necə reaksiya verəcəyini qiymətləndirməyə davam edir.