Qızıl geri çəkilir
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
21:16 | 23 aprel 2025 | Çərşənbə
Məqaləyə 106 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Qızıl qiymətləri artmaqda davam edir. ABŞ-ın bank nəhəngi artan tənəzzül riskləri və ticarət gərginliyi səbəbindən 2026-cı ilin ikinci rübündə qızıl qiymətlərinin unsiya üçün 4000 dolları keçəcəyini proqnozlaşdırır.
“JP Morgan”, artan tənəzzül riskləri, artan ABŞ tarifləri və ABŞ-Çin ticarət müharibəsinin davam edən gərginliyi fonunda qızıl qiymətlərinin 2026-cı ilin ikinci rübündə 4000 dollar həddini keçəcəyini proqnozlaşdırır. Bank 2025-ci ilin dördüncü rübündə qızılın orta qiymətini 3,675 dollar səviyyəsində proqnozlaşdırır, tələb gözləntiləri aşarsa, daha əvvəl 4,000 dolları keçə bilər.
***
İlin əvvəlində 2630 dollardan başlayan qızılın unsiyası 33 faizdən çox bahalaşaraq 3503 dollara yüksəlib.
“Gələn il qızılın qiymətinin unsiya üçün 4000 dollara yaxınlaşacağı proqnozumuzun əsasını bu il orta hesabla rübdə 710 ton xalis qızıla sərmayə qoyan güclü investor və mərkəzi bankın qızıla olan tələbi təşkil edir. Bununla belə, mərkəzi bankın tələbi gözlənilmədən azalarsa və ya ABŞ iqtisadiyyatının tariflərə qarşı dirəniş göstərməsi halında qızılın qiymətinin düşmə ehtimalı ilə bağlı xəbərdarlıq edilir. Bu durumda FED inflyasiya riskləri ilə mücadilədə vəziyyəti nəzarət altına ala bilər”, – “JPMorgan” bildirib.
“Goldman Sachs” bu günlərdə qızılda psixoloji həddi bir unsiya üçün 3,300 dollardan 3,700 dollara qədər yenilədi və 2025-ci ilin sonuna qədər qiymətin 4,500 dollara yaxınlaşa biləcəyini proqnozlaşdırdı.