
Qisasa-qisas yanaşmasının riskləri
ABŞ-Çin qarşıdurması qlobal ÜDM-in 7 faiz azalmasına səbəb ola bilər
ABŞ-Çin qarşıdurması qlobal ÜDM-in 7 faiz azalmasına səbəb ola bilər
ABŞ-ın dövlət borcunun 156 faizə yüksələcəyi gözlənilir
Qlobal borc 2024-cü ildə rekord qırıb
Hava şəraiti Azərbaycan iqtisadiyyatına necə təsir etdi?
Proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir
ABŞ iqtisadiyyatı ilin ikinci rübündə yüksək göstəricilər nümayiş etdirib
Amma idxal qiymətlərində də ciddi artım var
Qeyri-neft sahələrində 11,4 faiz artım var
Qeyri-neft sektorundakı artım getdikcə çoxalır
Bunun üçün neçə il lazımdır?
Dünya Bankı: “İran iqtisadiyyatına görə Nikaraquadan sonra ən çox tənəzzül edən ölkədir”
«Moody’s» Azərbaycanla bağlı proqnoz verdi
Əhali isə bu il banklara bu məbləğdən bir qədər artıq məbləğdə faiz ödəyib
Bir çox ölkələrdə gələcək addımlar barədə heç nə bilinmir
«Xarici borcların bu sürətlə artması iqtisadiyyatın mənfi siqnallarıdır»
«Dağlıq Qarabağ münaqişəsi MDB-nin iqtisadiyyatına mənfi təsir edir»
Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” 10 inkişaf etməkdə olan ölkə üçün ortamüddətli potensial artım tempinin Ümumi Daxili Məhsulun (ÜDM) orta çəkili əsasında 4 faizdən 3,9 faizə endiyini bildirib. Türkiyə üçün orta müddətli potensial artım tempi 4,1 faiz səviyyəsində saxlanılıb.
Kredit reytinq agentliyi 2023-cü ilin noyabrında dərc etdiyi inkişaf etməkdə olan bazarlar üçün 5 illik potensial ÜDM artım proqnozlarına yenidən baxıb.
“Fitch”in verdiyi açıqlamada Qlobal İqtisadi Görünüş hesabatında yer alan reviziyanın əsas səbəbi kimi Çinin potensial artım tempinin 4,6 faizdən 4,3 faizə endirilməsi göstərilib.
Açıqlamada, həmçinin Meksika, İndoneziya və Cənubi Koreya üçün artım təxminlərinin aşağı salındığı, Rusiya, Braziliya, Polşa və Hindistan üçün isə yuxarıya doğru düzəlişlərin edildiyi ifadə edildi.
Açıqlamada Cənubi Afrika və Türkiyə üçün təxminlərdə heç bir dəyişiklik edilmədiyi, söz mövzusu 10 inkişaf etməkdə olan ölkənin orta potensial artımının çəkisiz ÜDM əsasında yüzdə 3,1 olduğu vurğulanıb.
Müvafiq olaraq, İndoneziya üçün beşillik potensial artım proqnozları 4,9 faizdən 4,7 faizə, Meksika üçün 2 faizdən 1,8 faizə, Cənubi Koreya üçün isə 2,1 faizdən 1,9 faizə endirilib.
Hindistan üçün proqnozlaşdırılan artım tempi 6,2 faizdən 6,4 faizə, Polşa üçün 3 faizdən 3,2 faizə, Braziliya üçün 1,7 faizdən 2 faizə, Rusiya üçün isə 0,8 faizdən 1,2 faizə yüksəlib.
Cənubi Afrika üçün ortamüddətli potensial artım tempi yüzdə 1, Türkiyə üçün isə yüzdə 4,1 səviyyəsində saxlanılıb.