ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
07:57 | 24 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 161 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
İranın ABŞ-a cavab hücumunda regionun enerji infrastrukturunu hədəf almaması, Yaxın Şərqdən neft nəqlinin ciddi şəkildə kəsiləcəyi ilə bağlı narahatlıqları sakitləşdirdi və Trampın İsraillə İran arasında atəşkəslə bağlı razılaşma əldə edildiyini açıqlaması neftin qiymətini aşağı saldı.
“Brent” markalı neft bir anda Asiya ticarətində təxminən 5 faiz ucuzlaşaraq, iyunun 12-də İsrailin İranın nüvə obyektlərinə hücumu zamanındakı səviyyəsindən aşağı düşüb. “WTI” markalı xam neft də bir anda 6 faiz dəyər itirərək barreli 64 dollara düşüb. GMT vaxtı ilə saat 07:07-yə olan məlumata görə, “Brent” və “WTI” itkilərinin bir hissəsini bərpa edib və təxminən 2 faiz ucuzlaşaraq müvafiq olaraq 69,62 və 66,81 dollara satılır.
İranın simvolik cavab hücumundan sonra “S&P 500” indeksi günü təxminən 1 faiz artımla başa vurmuşdu. İndeks atəşkəs elanı ilə bu səhər fyuçerslərdə yüksəlməyə davam edir və 0,5 faiz artıb. İnvestorların riskdən çəkinməsi azaldığından dollar zəifləyib və qızıl qiymətləri düşüb.
“Bloomberg Dollar” İndeksi iki gündə yüzdə 0,5 dəyər itirərkən, bütün G-10 valyutaları və əksər inkişaf etməkdə olan bazar valyutaları dollar qarşısında dəyər qazanıb.
“MSCI Asia Pacific” fond indeksi yeddi həftənin ən böyük qazancına doğru gedir. “Vantage Global Prime”ın bazar analitiki Hebe Çen, “Yaxın Şərqdəki gərginlikdən qəti şəkildə çıxdığımızı söyləmək hələ tez olsa da, investorlar bu gün geosiyasi qarışıqlıqdan sonra fasilə verirlər. Neftin qiymətinin kəskin düşməsi bazarın yüksəlmək istəyini əks etdirir”, – deyib.
“InTouch Capital Markets”in baş analitiki Şon Kellou, ABŞ dollarının İsrail-İran münaqişəsindən ən çox dəstək alan aktiv olduğuna diqqət çəkib və “bu, indi geriyə doğru gedir. İnvestorlar İsrail-İran münaqişəsinin sona çatmasını çox istəyirdilər”, – deyib. Analitik bildirib ki, investorlar qısa müddətdən sonra nələrin baş verə biləcəyi barədə düşünməməyi seçirlər.