Qızıl geri çəkilir
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
10:56 | 22 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 176 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Bir ayın ən yüksək səviyyəsinə yaxınlaşdıqdan sonra qızıl qiyməti dünən az miqdarda geriləyib. İnvestorlar ABŞ Prezidenti Donald Trampın avqustun 1-dən əvvəl gömrük tarifləri öncəsi ticarət danışıqlarının gedişatını diqqətlə izləyirlər.
Vaxt.az xəbər verir ki, buna görə də külçə qızıl, öncəki seansda 1,4 faiz artdıqdan sonra hazırda unsiyası təxminən 3 385 dollar səviyyəsində ticarət olunur. Eyni vaxtda “dollar” da bir qədər güclənib. Dünən Ağ Evin sözçüsü Karolin Livitt Trampın “avqustun 1-dən əvvəl yeni tək tərəfli tarif məktubları göndərə biləcəyini” söylədikdən sonra qlobal ticarətə dair narahatlıqlar yenidən alovlanmış və dollar sərt yüksəlmişdi. Güclənən dollar isə qızılı digər valyutalarla alanlar üçün daha bahalı hala gətirir.
Yaponiya, Cənubi Koreya, Filippin və “Avropa Birliyi”nin nümayəndələri bu günlərdə ABŞ-dakı həmkarları ilə görüşərək yaxınlaşan tarif qərarları öncəsi razılaşmalar əldə etməyə çalışırlar.
Eyni zamanda investorlar, gələn həftə açıqlanacaq “FED” faiz qərarı öncəsi əlamətlərini da diqqətə alırlar. “FED” rəsmiləri arasında, Trampın vergi siyasətinin inflyasiyaya təsiri ilə bağlı fikir ayrılıqları mövcuddur. “FED” rəhbərindən Kristofer Valler faiz endirimi çağırışlarına malik ikən, digər rəsmilər isə daha ehtiyatlı mövqe tuturlar. Qeyd edilir ki, yüksək faiz dərəcələri qızıl kimi faiz gəliri olmayan aktivlərə təzyiq edir.
Məlumata görə, “spot” qızıl Bakı vaxtı ilə saat 10:13-də unsiyası 3 386,52 dollar, bu da 0,3 faiz azalma deməkdir. “Bloomberg Dolar Spot İndeksi”, ötən seans 0,5 faiz ucuzlaşdıqdan sonra bu səhər 0,1 faiz artaraq yenidən yüksəlməyə başlayıb. Bu arada gümüş qiymətləri düşüb, platin yüngül yüksəlib, paladyum isə məzənnəsini sabit saxlayıb.