Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
00:07 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 236 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
İran ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında vasitəçilik etdiyi razılaşma çərçivəsində açılacaq Zəngəzur dəhlizinə mane olacaqlarını bəyan edib.
İranın ruhani lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti avqustun 9-da verdiyi açıqlamada, İranın koridora mane olmaq üçün hansı addımlar atacağı barədə məlumat verməsə də, bu bəyanat koridorun təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb olub: “Bu koridor Trampın keçidi olmayacaq, Trampın muzdlu əsgərlərinin məzarı olacaq”.
İran Xarici İşlər Nazirliyi isə əvvəlki açıqlamasında Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmanı “regionda davamlı sülh üçün mühüm addım” kimi qiymətləndirərək məmnunluq ifadə edib, lakin xarici qüvvələrin sərhədlərə yaxın yerlərdə regionun təhlükəsizliyinə və davamlı sabitliyinə zərər verə biləcək hər hansı müdaxilədən çəkinməsi barədə xəbərdarlıq edib.
Rusiya, Trampın Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən zirvəni dəstəkləyərkən, Qərb ölkələrinin Yaxın Şərqdəki vasitəçilik səyləri nəticəsində kədərli təcrübələrin təkrar olunmaması üçün qonşu ölkələr Rusiya, İran və Türkiyənin dəstəyi ilə region ölkələrinin hazırladığı həllərin həyata keçirilməsini çağırıb.
Azərbaycanlı diplomat Elin Süleymanov avqustun 8-də imzalanan nəqliyyat dəhlizi razılaşmasının iki ölkə arasında yeni dövrün başlanğıcı olduğunu və yekun sülh müqaviləsinin qarşısındakı son maneənin aradan qaldırılması üçün Ermənistanın konstitusiyasından Dağlıq Qarabağla bağlı maddələri çıxarması lazım olduğunu bildirib.
Paşinyan isə Ermənistan konstitusiyasının dəyişdirilməsi üçün referendum çağırışı etsə də, hələ ki tarix müəyyən olunmayıb. Ermənistanın yeni konstitusiya layihəsinin 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən əvvəl hazır olması gözlənilir.