Qızıl ucuzlaşır
Qiymətli metal fevralın 28-dən bəri 11 faiz dəyər itirib
08:22 | 27 avqust 2025 | Çərşənbə
Məqaləyə 308 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal fevralın 28-dən bəri 11 faiz dəyər itirib
Qiymətli metal bazarı atəşkəs xəbərləri qiymətləri qaldırdı
Paladiumda isə üç ilin zirvəsinə çatdı
Qızıl, gümüş və platin yeni tarixi zirvəyə çatdı
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
Qızıl qiymətləri ABŞ Prezidenti Donald Trampın FED İdarə Heyətinin üzvü Liza Kuku (Lisa Cook) vəzifədən azad etmə cəhdinin mərkəzi bankın müstəqilliyi ilə bağlı narahatlıqları artırmasından sonra iki həftənin zirvəsinə qalxsa da, Asiya sessiyasında ucuzlaşıb.
Tramp iki gün əvvəl Kukun ipoteka fırıldağı ilə bağlı iddialara görə dərhal vəzifədən uzaqlaşdırılmalı olduğunu açıqlamışdı. Bu bəyanatın ardınca dollar zəifləyib, qızıl və digər metalların qiymətləri artmışdı.
Lakin həm Kuk, həm də FED Prezidentin bu səlahiyyətə malik olmadığını bildirəndən sonra dollar dəyər itkilərini qismən bərpa edib, ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi sabitləşib.
Spot qızıl 0,5% ucuzlaşaraq unsiyası 3 378,29 dollara, oktyabr fyuçersləri isə 0,1% azalaraq 3 428,70 dollara düşüb.
Analitiklərin fikrincə, qızılın son günlərdə bahalaşmasının əsas səbəbi investorların Tramp ilə Kuk arasında uzun sürəcək məhkəmə çəkişməsi ehtimalını nəzərə alaraq təhlükəsiz liman axtarışına yönəlməsidir. Kuk vəzifəsini tərk etməyəcəyini, məsələni məhkəmədə müdafiə edəcəyini bildirib.
Trampın Kukun yerinə öz namizədini təyin etmək planı ona FED-in 7 üzvdən ibarət faiz siyasətini müəyyənləşdirən şurada üstünlük qazanmaq imkanı verə bilər. Bu isə ənənəvi olaraq siyasi müdaxilədən qorunan FED-in müstəqilliyi ilə bağlı narahatlıqları artırıb. Prezident daha əvvəl də faizləri kifayət qədər aşağı salmadığı üçün FED sədri Cerom Pauellu vəzifədən uzaqlaşdırmaqla hədələmişdi.
Bu gün dollar indeksi 98 bəndin üzərinə qalxaraq əvvəlki itkilərini kompensasiya edib. ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi də sabitləşib. Bunun nəticəsində digər qiymətli metalların qiymətləri azalıb: platin 0,1% enərək 1 353,71 dollar, gümüş isə 0,3% ucuzlaşaraq 38,50 dollar olub.
Sənaye metalları da təzyiq altında qalıb. London Metal Birjasında mis 0,1% azalaraq ton başına 9 838,55 dollar, COMEX bazarında isə 0,5% ucuzlaşaraq funt başına 4,5248 dollar təşkil edib.