
Tramp məhkəməyə verilir
FED üzvü ABŞ prezidentinin qərarına etiraz edir
FED üzvü ABŞ prezidentinin qərarına etiraz edir
Tramp: “Daşınmaz əmlak bazarı canlanacaq və hər şey mükəmməl olacaq”
Qlobal bazarlarda təlatüm yaranıb
““Russell 2000” indeksi böyük kapitalizasiyanı geridə qoyacaq”
FED konfransında “R-Star” mövzusuna toxunulacaq
Asiya birjaları isə ABŞ faiz endirimi ümidi azalarkən düşüşdə
Trampın addımı və FED müstəqilliyi narahatlığı
Tramp FED rəsmisini vəzifədən azad etdi
Trampın FED üzvünü işdən çıxarması ABŞ valyutasına təsir etdi
FED faiz endirimi gözləntilərinə baxmayaraq kripto ən azı 4.5 min dollar dəyər itirdi
“Dəyişən risk balansı siyasət mövqeyini tənzimləməyi tələb edə bilər”
FED-in pul siyasətini yumşaltma ehtimalı investrorları ABŞ aktivlərindən uzaqlaşdırır
1,5 milyarddan çox yüksəliş
Kriptovalyuta bazarı kəskin yüksəldi
Bütün texnologiya nəhənglərinin səhmləri bahalaşdı
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
ABŞ Mərkəzi Bankı (FED) İdarə Heyətinin üzvü Liza Kukun (Lisa Cook) prezident Donald Trampın onu vəzifədən kənarlaşdırma təşəbbüsünə etiraz edəcəyini və vəzifəsini davam etdirə bilmək üçün məhkəməyə müraciət edəcəyini açıqlayıb. FED çıxacaq məhkəmə qərarına əməl ediləcəyini də bəyan edib.
FED sözçüsünün yaydığı açıqlamada xatırladılıb ki, FED Sistemi Konqres tərəfindən maksimum məşğulluq, qiymət sabitliyi və səmərəli maliyyə sistemini təmin etmək üçün yaradılıb. “Konqres, FED Qanunu ilə idarə heyəti üzvlərinin uzun və müəyyən müddətlərlə fəaliyyət göstərməsini, prezidentin isə onları yalnız əsaslı səbəb olduqda vəzifədən kənarlaşdıra bilməsini nəzərdə tutur”.
Məlumatda qeyd olunub ki, idarə heyəti üzvlərinin uzunmüddətli fəaliyyətləri və vəzifədən kənarlaşdırılmaya qarşı hüquqi qorunma, pul-kredit siyasəti qərarlarının yalnız statistikaya, iqtisadi təhlilə və ABŞ xalqının uzunmüddətli maraqlarına əsaslanmasını təmin edən mühüm bir təminat funksiyasına malikdir. FED isə qanunlarla müəyyən olunmuş vəzifələrini icra etməkdə davam edəcək.
Bildirilib ki, Liza Kuk vəkili vasitəsilə Trampın onu vəzifədən azad etmə cəhdinə qarşı məhkəməyə müraciət edəcəyini açıqlayıb və FED İdarə Heyətinin Senat tərəfindən təsdiqlənmiş bir üzvü kimi öz vəzifələrini icra etməyə davam edə bilməsini təsdiqləyəcək bir məhkəmə qərarı axtarışında olacaq.
FED-in ABŞ ailələrinə, icmalarına və bizneslərinə xidmət göstərməkdə şəffaflıq, hesabatlılıq və müstəqilliyə bağlılığını bir daha vurğuladığı açıqlamada qeyd olunub: “Hər zaman olduğu kimi, FED hər hansı məhkəmə qərarına əməl edəcək”.